PYD Türkiyə ilə döyüşə hazırlaşırlar - FOTO

PYD Türkiyə ilə döyüşə hazırlaşırlar - FOTO
14:47 3 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

PYD terrorçuları Suriyanın Türkiyə ilə sərhəd ərazisində döyüş mövqeyi qurublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, ürkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonu ilə həmsərhəd olan Suriyanın Rakka qəsəbəsindəki Telabyad adlı ərazidə PYD terrorçuları tərəfindən təpədə qum torbaları ilə döyüş mövqeyi qurulub.

Dərhal Türkiyə tərəfi təhlükəsizlik tədbirlərini gücləndirib.

"Kirpi" adlandırılan zirehli döyüş maşınının gətirildiyi sərhəd xəttində təhlükəsizlik qüvvələrinin istənilən təxribatın qarşısını almağa hazır olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR