Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aşk-ı Memnu"nun aktyoru ata oldu - FOTO

"Aşk-ı Memnu"nun aktyoru ata oldu - FOTO

Date: 3 October 2016 14:52

Aktyor İlker Kızmaz ata olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun həyat yoldaşı Aslı Kızmaz dünən qız övladını dünyaya gətirib. Cütlük körpəyə Naz adını qoyub. Hamiləliyi boyunca çoxlu foto paylaşan Aslı doğum sonrası ilk fotonu da İnstaqram izləyiciləri ilə bölüşüb.

Daha sonra İlker körpəni qucağına götürərək foto çəkdirib.

Cütlüyün yaxın dostları Şahin İrmak da sosial mediada uşağın fotosunu paylaşaraq "Əmisinin gülü doğuldu" yazıb.

Qeyd edək ki, İ.Kızmaz "Aşk-ı Memnu", "Benim adım Gültepe", "Sevdam Alabora" kimi seriallarda rol alıb.

Milli.Az







Tags:  Aşk-ı Memnunun aktyoru ata oldu FOTO

RƏYLƏR


Top news