ABŞ-ın Florida ştatında yaşayan 68 milyonçu 24 yaşlı qızla evlənib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, evlilikdən 3 ay sonra onlar ailəlikcə oturub keçmiş fotolara baxıblar. Milyonçu ilk həyat yoldaşından olan uşağının fotosunu göstərək "Böyük oğlumdur" deyib. Qız bundan şoka düşərək şəkildəkinin onun atası olduğunu bildirib.
Nəvəsiylə evləndiyini bilən milyonçu ortaya çıxan həqiqətə rəğmən boşanmayacağını deyib:
"Onun fotosunu ilk dəfə görəndə qəribə hiss etmişdim, ailəmdən biri kimi görmüşdüm. Amma nəvəm olduğunu təsəvvür etməzdim".
Qeyd edək ki, 68 yaşlı kişi 2009-cu ildə maddi problemlərə görə ikinci həyat yoldaşından boşanıb, iki il sonra isə lotoreyada böyük məbləğ qazanaraq milyonçu olub.