Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Turizm həftəsi" başa çatdı - FOTO

"Turizm həftəsi" başa çatdı - FOTO

Date: 3 October 2016 14:57

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sentyabrın 27-dən başlayaraq elan etdiyi "Turizm həftəsi" başa çatıb.

Milli.Az bildirir ki, Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri 29 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində və 30 sentyabr tarixində isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ekskursiyada olublar.

Qeyd edək ki, uşaqlar öncəki günlərdə  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.

"Turizm həftəsi" çərcivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilib.

Milli.Az















Tags:  Turizm həftəsi başa çatdı FOTO

RƏYLƏR


Top news