Almaniyadan Azərbaycana "Baddi" adlı ayı balasının heykəli gətirilib

Almaniyadan Azərbaycana "Baddi" adlı ayı balasının heykəli gətirilib
15:17 3 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Mən Azərbaycanda və onun gözəl paytaxtı Bakıda özümü çox yaxşı hiss edirəm".
"Report"un məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı yeni səfiri Mixael Kindsqrab Almaniyanın milli bayramı - Birlik Günü münasibəti ilə yaydığı video-çarxda deyib.
Səfir bildirib ki, Almaniyanın Birlik Günü bayramı ilə əlaqədar Bakıya Berlinin simvolu olan "Baddi" adlı ayı balasının heykəli gətirilib. Heykəl azərbaycanlı rəssamı Gülər Həşimova tərəfindən iki ölkənin bayraqları ilə boyanıb.
Səfir qeyd edib ki, bu heykəl Azərbaycanla Almaniya arasında bağlılığın simvolu olacaq və bu ölkənin Bakıdakı səfirliyi qarşısında qoyulacaq.
İkitərəfli əlaqələr barədə danışan səfir bildirib ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/almaniyadan-azerbaycana-baddi-adli-ayi-balasinin-heykeli-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR