“Zarya”nın baş direktor Mançester səfəri barədə: "Bir-biri ilə öpüşən kişilər şəhərdə gəzişirdilər"

“Zarya”nın baş direktor Mançester səfəri barədə:   "Bir-biri ilə öpüşən kişilər şəhərdə gəzişirdilər"
15:27 3 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Ötən cümə axşamı Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan “Mançester Yunayted” – “Zarya” matçında meydan sahibləri Zlatan İbrahimoviçin tək qolu ilə qalib gəldilər. Fanat.Az xəbər verir ki, Ukrayna klubunun baş direktoru Sergey Rafailov Mançester səfəri ilə bağlı təəssüratlarını bölüşərkən, oradakı biabırçı duruma diqqət çəkib:


 “Mançester heç xoşuma gəlmədi. Çox çirklidir. Şəhərin mərkəzində yerləşən qaldığımız otelin yaxınlığında əyyaşlar asfaltın üzərində yatırdılar. Axşam tərəfi gəzişirdim, bir az mərkəzdən aralandım. Oralar lap bərbad idi. Sərxoş insan kütləsi vardı. Bir-biri ilə öpüşən kişilər şəhərdə gəzişirdilər, mənim üçün ən pisi bu idi. Heç xouma gəlmədi. Ona görə də, bizim avropalaşmağımızı istəyənlərə təklif edirəm ki,  20 dəfə düşünsünlər. şəhərdə gəzişən kişilərin öpüşürdülər. Mən istərdim ki, nəvələrim şəhərin mərkəzində öpüşən kişiləri, yatan əyyaşları görməsinlər".


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zaryann-ba-direktor-mancester-sfri-bard-t53051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR