Vergilər Nazirliyi bir sıra hüquqi aktları təsdiq edib

Vergilər Nazirliyi bir sıra hüquqi aktları təsdiq edib
15:47 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin kollegiyası vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktları təsdiq edib.
Bu barədə “Report”a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hüquqi aktların təsdiqlənməsi “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədi daşıyır.
Kollegiyanın təsdiqlədiyi hüquyqi aktlara “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”, “Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları”, “Elektron auditin keçirilməsi Qaydaları”, “Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən əlaqə yaradılaraq vergi ödəyicilərinin məlumatlandırılması (Outbound Call Centre) Qaydaları”, “Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi Metodologiyası”, “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları” aiddir.
Bundan başqa, bir sıra elektron xidmətlərin, o cümlədən fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn dayandırılması, eləcə də fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn bərpası üzrə inzibati reqlamentlər yeni redaksiyada təsdiqıənib.
Təsdiqlənən normativ hüquqi aktlar artıq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunub. 
Bütün normativ hüquqi sənədlər qanuni qüvvəyə minib, yalnız “Elektron auditin keçirilməsi Qaydaları” 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergiler-nazirliyi-bir-sira-huquqi-aktlari-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR