Rusiya iqtisadiyyatı 0,7% azalıb

Rusiya iqtisadiyyatı 0,7% azalıb
15:52 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiyada ÜDM-in həcmi 2016-cı ilin yanvar-avqust ayları ərzində illik müqayisədə 0,7% azalma göstərib. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiya İqtisadi İnkişaf Nazirliyi verib. 
Nazirlik həmçinin bildirib ki, mövsümi amillərdən kənar ÜDM-də ilin ilk 8 ayında dəyişiklik qeydə alınmayıb.
Bununla yanaşı, Rusiyanın müsbət xarici ticarət saldosu yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə 48,8% azalıb. Avqustda ölkədə pərakəndə ticarət dövriyyəsi (mövsümi amillər nəzərə alınmadan) 0,1% azalıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiya-iqtisadiyyati-0-7-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR