Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ASAN xidmət indeksi” üzrə qiymətləndirmə mexanizmi noyabrda fəaliyyətə başlayacaq

"ASAN xidmət indeksi” üzrə qiymətləndirmə mexanizmi noyabrda fəaliyyətə başlayacaq

Date: 3 October 2016 15:52

Bakı. 3 oktyabr.REPORT.AZ/ "ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi noyabr ayından etibarən fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, qiymətləndirmənin nəticələri 2017-ci ilin ortalarında cəmiyyətə açıqlanacaq.
İ.Kərimov bildirib ki, bu mexanizm Dövlət Agentliyi və "ADA" Universitetinin ortaq layihəsidir: "Mexanizmin yaradılmasında məqsəd dövlət xidmətlərində keyfiyyətin və operativliyin artırılmasıdır. “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi ancaq praktiki deyil, həmçinin elmi əsaslar nəzərə alınaraq hazırlanıb". 

Tags:  ASAN xidmət indeksi üzrə qiymətləndirmə mexanizmi noyabrda fəaliyyətə başlayacaq


RƏYLƏR


Top news