Yeni ildə əfv olacaq?

Yeni ildə əfv olacaq?
16:05 3 Oktyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində əfvin olacağı gözlənilir.

Hüquq müdafiəçiləri hesab edirlər ki, yeni il bayramı ilə əlaqədər əfvin olması istisna deyil.

Milli.Az bildirir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev azvision.az-a açıqlamasında bildirib ki, hazırda katiblik tərəfindən müraciətlərlə bağlı müvafiq prosedur qaydaları həyata keçirilir.

"Əfv Komissiyasının katibliyi daimi işləyir, müraciətləri qəbul edir, müraciətlərlə bağlı müvafiq prosedur qaydaları həyata keçirir. Əfv Komisisyasının iclasının nə vaxt olacağı ilə bağlı məlumatlı deyiləm. Katiblikdə məlumatlar tam hazır olandan sonra Komissiyanın sədri tərəfindən iclaslar təyin olunur. Bu, cənab sədrin səlahiyyətinə aid olan məsələdir. Hazırki şəraitdə iclasla bağlı məlumat almamışıq", - deyə Ə.Nuriyev vurğualyıb.

Əfv Komissiyasının digər üzvü Rəşad Məcid də bildirib ki, yaxın günlərdə iclasların keçirilməsi gündəmdə deyil. Əfvin olub-olmayacağı ilə bağlı R.Məcid bunun ölkə başçısının səlahiyyətində olduğunu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR