Ermənistan Vergilər Nazirliyinin müfəttişi İran vətəndaşını oğurlayıb

Ermənistan Vergilər Nazirliyinin müfəttişi İran vətəndaşını oğurlayıb
16:07 3 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistan Vergilər Nazirliyinin əməkdaşı başqa bir nəfərlə əlbir olaraq İran vətəndaşını oğurlayıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumat ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.
Hadisə sentyabrın 19-da Ermənistanın Abovyan rayonunda baş verib. Polis bildirib ki, rayonun Mayakovski kəndindən naməlum şəxslərin İran vətəndaşını oğurladığı barədə məlumat əldə ediblər.
İstintaq zamanı İran vətəndaşı Qasem Q. deyib ki, Ermənistan Vergilər Nazirliyinin Dövlət Gəlirləri üzrə Komitəsinin müfəttişi əlbir olduğu başqa bir nəfərlə onu "Toyota Camry" avtomobili ilə naməlum istiqamətə aparıb və ölümlə hədələyiblər. İran vətəndaşının sözlərinə görə, yolda müfəttişə polis zəng edib və onu sərbəst buraxıblar.
Faktla bağlı cinayət işi açılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistan-vergiler-nazirliyinin-mufettisi-i-ran-vetendasini-ogurlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR