Sektor müdiri: "Rus bölməsində işləyən pedaqoji kadrların sayı kifayət qədər deyil"

Sektor müdiri: "Rus bölməsində işləyən pedaqoji kadrların sayı kifayət qədər deyil"
16:07 3 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına uşaqların qəbulunda yer çatışmazlığı ilə bağlı yaranan problem birinci sinfin rus bölməsinə qəbulda da özünü göstərir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib.
Rus bölməsində işləyən pedaqoji kadrların sayının kifayət qədər olmadığını deyən A.Yusifov bildirib ki, bu sahədə bir sıra vacib işlər görülüb: "Belə ki, universitetlərin rus bölməsində işləyəcək gələcək pedaqoji kadrlarla, yəni 3-4-cü kurs tələbələri ilə görüşlər keçirilib. Sorğu zamanı məlum olur ki, 20 tələbədən ikisi və ya üçü ümumtəhsil məktəblərində işləmək arzusunda olurlar".
Sektor müdiri vurğulayıb ki, problemlərin bir çoxu məhz pedaqoji kadrlarla bağlıdır: "Bu səbəbdən, Təhsil Nazirliyi tərəfindən rus bölməsinin riyaziyyat, rus dili və ədəbiyyat müəllimləri üçün ödənişsiz yenidən hazırlama təhsili təşkil olunur. Yəni, həmin müəllimlər ixtisaslarını dəyişib ibtidai sinif müəllimləri olurlar. Problemi müəyyən qədər həll etməyə çalışırıq, lakin rus bölməsində pedaqoji kadrlarla bağlı problemə görə bu gün həm məktəbəqədər, həm də birinci sinfə qəbulda problemlər var".

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/sektor-mudiri-rus-bolmesinde-isleyen-pedaqoji-kadrlarin-sayi-kifayet-qeder-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR