"Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı problem I sinfə qəbulda da özünü göstərir"

"Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı problem I sinfə qəbulda da özünü göstərir"
16:17 3 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı yaranan problem 1-ci sinfə qəbulda da özünü göstərir".

Milli.Az Trend-ə istindən bildirir ki, bunu jurnalistlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib.

Qeyd edək ki, bu problem yer çatışmadığı üçün bəzən uşaqların məktəbəhazırlıq qruplarına götürülməməsi halları ilə bağlıdır.

A.Yusifovun sözlərinə görə, orta məktəblərdə rus bölməsində işləyən pedaqoji kadrların sayı kifayət etmir:

"Bu sahədə bir il ərzində kifayət qədər işlər görülüb. Universitetlərin 3-4-cü kurs tələbələri ilə görüşlər keçirilib. Sorğu zamanı məlum olur ki, 20 tələbədən ikisi, ya üçü ümumtəhsil məktəblərində işləmək arzusundadır. Ona görə də Təhsil Nazirliyi tərəfindən rus bölməsinin riyaziyyat, rus dili və ədəbiyyat müəllimləri üçün ödənişsiz əsaslarla yenidən hazırlanma təhsili təşkil olunur. Yəni onlar ixtisaslarını dəyişib ibtidai sinif müəllimləri olurlar. Problemi müəyyən qədər həll etməyə çalışırıq, lakin rus bölməsində pedaqoji kadrlarla bağlı problemə görə bu gün həm məktəbəqədər, həm də birinci sinfə qəbulda problemlər var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR