Məşhur müğənninin mesajları deşifrə olundu: yalanı üzə çıxdı - FOTO

Məşhur müğənninin mesajları deşifrə olundu:  yalanı üzə çıxdı - FOTO
16:22 3 Oktyabr 2016
104 Dünya
Ölkə mətbuatı
A- A+

Boşanma mərhələsində olan Ceren Kaplakarslan ilə Rafet El Roman arasında yaşanan məktub qalmaqalından xəbər var.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, müğənninin mesajlaşması deşifrə olunub. Rafet El Roman ilə həyat yoldaşı Ceren Kaplakarslan arasındakı telefon yazışmaları Kanal D-də yayımlanan "Renkli Sayfalar" proqramında ekrana gətirilib.

"MEKTUBU verməklə SƏHV ETDİM"

Cütlük arasındakı mesajlaşmada məşhur müğənninin: "Niyə hirsləndin bu qədər? Məktubu verməklə səhv etdim" ifadəsi diqqəti çəkir.

Kaplakarslan isə bu sözlərə: "Sən bu an insan hüquqlarına zidd bir şey etdin. Sənə inana bilmirəm. Mənim ağzımdan necə bir məktub yazıb mətbuata verərsən?" cavabını verib.

Xatırladaq ki, Ceren Kaplakarslan, ötən gün mətbuatda əks olunan məktubu özünün yazmadığını, məktubu qəzetə Rafet El Romanın verdiyi iddiasını irəli sürmüşdü.

Təhməz Təkin

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR