Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

3 klub Azərbaycan Kuboku uğrunda mübarizədən imtina edib

3 klub Azərbaycan Kuboku uğrunda mübarizədən imtina edib

Date: 3 October 2016 16:27

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir oktyabrın 6-da olacaq.
AFFA-nın inzibati binasında keçiriləcək püşkatma saat 12:00-da başlayacaq.
Bu il Azərbaycan Kuboku uğrunda 19 komanda yarışacaq. Bunlar "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL, "Sumqayıt", "Rəvan", "Qaradağ Lökbatan", "Ağsu", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Bakılı", "Şahdağ", "Şərurspor", "Səbail"dir.
Qeyd edək ki, ölkə kubokunda "Mil-Muğan", "Energetik" və "Göyəzən" komandaları iştirak etməyəcək. 

Tags:  klub Azərbaycan Kuboku uğrunda mübarizədən imtina edib

RƏYLƏR


Top news