3 klub Azərbaycan Kubokundan imtina etdi

3 klub Azərbaycan Kubokundan imtina etdi
16:37 3 Oktyabr 2016
13 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunda 2016/17 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Fanat.Az xəbər verir ki, püşkatma oktyabrın 6-da baş tutacaq.

 

Tədbir AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 12.00-da start götürəcək. Bu il Azərbaycan kuboku uğrunda 19 komanda yarışacaq.


İştirakçılardan 8-i Premyer Liqa klubları olacaq: “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”.


I divizionun 11 klubu kubok mübarizəsinə qatılacaq: “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail".


Aşağı liqada çıxış edən 3 klub kubokdan imtina edib: “Energetik”, “Mil-Muğan”, “Göyəzən”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-3-klub-azrbaycan-kubokundan-imtina-etdi-t53055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR