Bu il paytaxtda 20 min uşaq məktəbəqədər hazırlıq qruplarına qəbul olunub

Bu il paytaxtda 20 min uşaq məktəbəqədər hazırlıq qruplarına qəbul olunub
16:42 3 Oktyabr 2016
337 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu il Bakıda məktəbəqədər hazırlıq qruplarına təxminən 20 min uşaq qəbul olunub".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib.

A.Yusifov bildirib ki, 5 yaşı bu il tamam olmuş uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunublar: "5 yaşlıların təhsili həmişə məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında həyata keçirilir. Bundan əvvəlki iki tədris ilində simvolik olaraq ödənişli əsaslarla (hər bir uşağa görə 40 manat) məktəbəhazırlıq qrupları təşkil olunurdu. 2016-2017-ci dərs ilindən dövlət ümumtəhsil müəssisələrində də bu qrupların təşkilinə start verilib. Bununla ilk növbədə 2011-ci il təvəllüdlü uşaqların qruplara cəlbi məsələsi həll edilir".

A.Yusifov deyib ki, 2019-cu ilə qədər ölkə üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 90 faizə çatdırılmalıdır. Bu il üçün isə ölkə üzrə bu göstəricinin 55 faizə çatdırılması nəzərdə tutulur. Bu, Bakı şəhəri üzrə 20 422 uşağın məktəbəqədər təhsilə cəlbi deməkdir.

Bundan əlavə, məktəbəqədər təhsil müəssisələrində də məktəbəhazırlıq qruplarının təşkilinin davam etdirildiyini deyən A.Yusifov bildirib ki, qruplarda dərs deyəcək müəllimlərin əmək haqqı adi ibtidai sinif müəllimlərinin aldığı maaş kimi hesablanacaq. Onun sözlərinə görə, müəllimlər qrupda həftədə 4 gün ərzində 3 saat olmaqla, 12 saat dərs keçəcəklər. Buna görə də müəllimlər 12 saatlıq dərsin əmək haqqını alacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR