Türkiyə mediası Lənkəranski barədə BÜTÜN GİZLİNLƏRİ AÇDI: “Xəyalət” adamı...

Türkiyə mediası Lənkəranski barədə BÜTÜN GİZLİNLƏRİ AÇDI: “Xəyalət” adamı...
16:44 3 Oktyabr 2016
13044 Digər
Ölkə mətbuatı
A- A+

Onlarla cinayət törədən "xəyalət" ləqəbli Asya həbs olundu (13 May 2017 17:23)
İranlı iş adamı ilə Lənkəranskinin qətlləri arasındakı ƏLAQƏ - Hər iki cinayətin... (01 May 2017 11:08)
Tanınmış rejissor Lənkəranski ilə bağlı FİLM ÇƏKİR (08 Aprel 2017 12:48)

Türkiyənin "Sabah” qəzeti bugünkü buraxılışında azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı geniş yazı dərc edib.

Publika.az xəbər verir ki, yazıda Lənkəranski ilə bağlı maraqlı faktlar yer alıb. O, yazını təqdim edirik:

Məqalədə qeyd edilir ki, beynəlxalq mafiya hesablaşmasının son sui-qəsdi İstanbulda baş verdi. Öldürülməsi üçün başına 5 milyon dolar mükafat qoyulan “Xəyalət” adlı azərbaycanlı “qanuni oğru” Rövşən Caniyev 2013-cü ildə İstanbulda işlənən və təşkilatçısı olaraq göstərildiyi bir qəsdin üçüncü il dönümündə atəşə tuş gələrək avtomobilində qətlə yetirildi. İstanbul polisi faktla bağlı istintaqa başlayıb.

2013-cü ildə lüks bir villanın hovuzunda baş vermiş sirli cinayətin qatili olaraq axtarılan iki şübhəlidən birinin qətlə yetirilməzdən öncə Caniyevin yanında olduqları ortaya çıxdı. Faktla bağlı iki şübhəli yaxalandı. Canıyevin qətlinin tarixi cinayətin intiqamı olduğu üzərində köklənən istintaq orqanları hazırda üç ildə baş vermiş qətllərin şifrələrini çözməyə çalışır.

Rövşən Lənkəranskinin öldürüldüyü cinayət yerinə gələn polislər Cumhuriyyət Prokurorluğuna məlumat vermək üçün cəsədin üzərində tapdıqları sənəddə onun adı Rövşən Əliyev kimi qeyd edilmişdi. Fəqət sənəd saxta idi. O, beş güllə ilə öldürülən Azərbaycan vətəndaşı idi. Həm də tanınmasını istəməyən bir adam idi. Qısa müddətdə cəsədin gerçək kimliyi ortaya çıxdı: Rövşən Canıyev...

41 yaşlı Caniyev Azərbaycan, Ukrayna və Rusiyada “Xəyalət” ləqəbli ilə tanınan və mafiya qrupları ilə çox yaxın əlaqələrə malik rəhbər idi. O, ilk cinayətini 1996-cı ilində işləmişdi. Öldürülməsi üçün 5 milyon dollar mükafat qoyulan, İnterpol (Beynəlxalq Polis Təşkilatı) tərəfindən axtarılan “qanuni oğru”nun ləqəbi, dünyaya gəldiyi Azərbaycanın Lənkəran şəhərinin adından götürülmüş Lənkəranski idi.

Son illər “Xəyalət” kodu adıyla tanınan, gizli “SV”-sində atasının qatilini məhkəmə salonunda öldürən adam yazan Canıyev 2001-ci ildə sərbəst buraxıldıqdan sonra onun adı çoxlu sayda cinayət və sui-qəsddə hallandırılırdı. Öldürülməsindən bir həftə öncə Türkiyəyə gizli yolla gəldiyi sübut edildi.

Polis kamera qeydlərini müşahidə etdi. Gecənin qaranlığında yoxa çıxan sui-qəsdçilərin izinə düşən İstanbul polisi müəyyən etdi ki, sui-qəsdi həyata keçirdikdən sonra olay yerinə gəldikləri avtomobili tərk edərək cinayət yerindən maşınsız qaçan üç killer avtomobili Antalyadan kirayələyib. Kirayə götürülən avtomobilin kimə məxsus olduğunu araşdıran 3 nəfərlik polis qrupu qaçan sui-qəsdçilərin kimliklərini müəyyənləşdirmək və izlərinə düşmək üçün vaxt itirmədən Antalyaya göndərildi.

Bu arada, istintaq başqa faktları da araşdırıb. Məsələ burasındadır ki, 2013-cü ilin yanvar ayında kürd mafiya lideri “Ded Hasan” ləqəbli Aslan Usoyanın Rusiya paytaxtı Moskovadakı restoranlardan birinin önündə öldürülməsi hadisəsi də bu cinayətlə bağlı ola bilər. Çünki bu hadisədə Rövşən Caniyev müqəssir bilinirdi.

“Ded Hasan” qrupunun Rövşen Caniyevi öldürməsi üçün 12 killer tutduğu iddia edilirdi. Öldürülməsi üçün Caniyevin başına 5 milyon dollar pul mükafatı qoyan da “Ded Hasan” qrupu idi.

Əvvəlcə Rövşən Caniyevin adamları onun haqqında 2013-cü ildə "Türkiyədə öldürüldü” şayiəsini yaydılar. Caniyev artıq “Xəyalət” kodu adı ilə yada salınırdı. Və saxta sənədlə gizlənirdi.

Bununla yanaşı, İstanbulda altı silahlı şəxs Caniyevin məhbəs dostu, azəri iş adamı Əli Həmidova da hücum edib onu güllələmişdilər. Bu hadisədə də Caniyevin adı hallanırdı.

İddialara görə, Caniyev keçmişdə birlikdə qumarxana işlətdiyi və borclarını ödəməyərək böyük miqdarda faiz borcu ilə Türkiyəyə qaçan Əli Həmidovun izini Cəfər adlı keçmiş MTN-çinin yardımı ilə Türkiyədə tapıb. Və 2013-cü ildə yenə onun köməyi ilə keçmiş şərikini qətlə yetirib.

“Ded Hasan” və Həmidovun sirr dolu qətllərinin ortaq nöqtələrindən biri, eyni şəxsin cinayətlərdə əlbir olmasıdır. Bu şəxsin “qanuni oğru” Rövşən Caniyev olduğu iddia edilir. Polisdə Caniyevin 2013-cü ildə öldürülən Əli Həmidov cinayətinin intiqamı üçün qətlə yetirilməsinə dair şübhələr var. O tapıntılardan biri, cinayətlərin tarixləridir – Caniyev Əli Həmidovun ölümünün üçüncü ildönümündə - avqustun 18-də qətlə yetirilməsidir.

Bununla yanaşı, Caniyevin istifadə etdiyi avtomobilin sahibinin Əli Həmidovun ölüm işinə görə axtarılan şəxslərdən biri olduğu üzə çıxdı. Beləcə, Caniyevin 3 il əvvəl öldürülən Əli Həmidovun intiqamı üçün Həmidovun adamları tərəfindən öldürülməsi ehtimalının da fakt olması araşdırıldı.

Cinayətkar qrup Rövşən Caniyevin Türkiyəyə gəlişindən 1 ay əvvəl qardaş ölkəyə gəliblər. Onlar sui-qəsddən 1 həftə öncə “Köstəbək” ləqəbli şəxsdən Rövşən Caniyevin Türkiyəyə gələcəyi barədə məlumat əldə ediblər. İlk olaraq Antalyaya gedən sui-qəsdçilər orada kirayə götürdükləri bir avtomobillə İstanbula gəlib. Avtomobilə saxta dövlət nömrə nişanı taxan silahlı qatillər qətli gerçəkləşdirdikdən sonra qaçıblar.

Qeyd edək ki, hazırda faktla bağlı istintaq davam edir.

Anar Tağıyev

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42

Batumidə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

25 May 2017 23:32

Şou ulduzu çimərlikdə - FOTO

25 May 2017 23:32

Masallıda onlarla evdə çökmə baş verib:

25 May 2017 23:30

BMT: ABŞ maliyyə yardımını azaldarsa, Təşkilat öz vəzifələrini yerinə yetirə bilməyəcək

25 May 2017 23:22

Oğlan uşağını necə tərbiyə edək?

25 May 2017 23:22

Kann Festivalında tanınmış modellərin dekolte şousu - FOTOLAR

25 May 2017 23:18

Cinsi zəifliyi aradan qaldıran TƏBİİ VASİTƏ

25 May 2017 23:17

Faydalı bakteriyaların olduğu qidalar hansılardır?

25 May 2017 23:17

Həbsdə olan müstəntiq kitab yazır

25 May 2017 23:15

Pomidoru şəkər tozuna batırın, təsiri sizi heyran edəcək

25 May 2017 23:13