Bakı Telefon Rabitəsi İstehsalat Birliyi rebrendinq edib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi rebrendinq edib
16:52 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) həyata keçirilən islahatlar çərçivəsində yeni əmtəə nişanını təqdim edib. "Report" xəbər verir ki, BTRİB bundan sonra fəaliyyətini "Baktelecom" əmtəə nişanı ilə davam etdirəcək. Rebrendinq prosesi çərçivəsində yeni loqo da hazırlanıb. 
Yeni loqo Morze əlifbası ilə 1881 - "BTC" simvollarını özündə ehitva edir. Qeyd edək ki, loqodakı "1881" rəqəmi Azərbaycanda ilk telefon xidmətinin istifadəyə verilməsi tarixinə işarədir. "BTC" isə "Baktelecom" sözünün qısaldılmış formasıdır. 
Birliyin saytı artıq bu gündən ictimaiyyətin istifadəsinə verilib.
Müasir standartlara cavab verən yeni sayta daxil edilmiş funksiyalar sayəsində istifadəçilər BTRİB-ə aid bütün xidmətlər haqqında ətraflı məlumat əldə edəcək, müəssisənin fəaliyyət dairəsinə aid olan xidmətlərdən onlayn şəkildə yararlanacaq və telekommunikasiya sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olacaqlar. 
Tədbirdə çıxış edən BTRİB-in baş direktorunun kommersiya məsələləri üzrə müşaviri Ramin Muxtarzadə bildirib ki, "Baktelecom.az" saytında əsas yeniliklərdən biri - "Mənə zəng et" funksiyası vasitəsilə abunəçi Çağrı Mərkəzi ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edəcək. 
"Digər yenilik "Şəxsi kabinet" bölməsidir ki, burada abunəçi istifadə və ödəmə tarixçəsini özündə əks etdirməklə mövcud borcu göstərmək imkanına da malikdir. Həmçinin, "Onlayn ödənişlər" bölməsində istifadəçi onlayn şəkildə BTRİB-in təqdim etdiyi xidmətlər üzrə ödənişləri həyata keçirə biləcək. "Onlayn çat" bölməsində isə hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır", - deyə R.Muxtarzadə əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/baki-telefon-rabitesi-i-stehsalat-birliyi-rebrendinq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR