Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Penzada azərbaycanlı 3 qardaş müxtəlif həbs cəzalarına məhkum edilib

Penzada azərbaycanlı 3 qardaş müxtəlif həbs cəzalarına məhkum edilib

Date: 3 October 2016 17:02

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiyanın Penza vilayət məhkəməsi Azərbaycandan olan Xəlilov qardaşlarını müxtəlif həbs cəzalarına məhkum edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, üç doğma qardaş vətəndaşların əmlakını hədə-qorxu yolu ilə ələ keçirmək üzrə 4 fakt, fırıldaqçılıq üzrə 2 fakt, oğurluq, özgəsinin əmlakına qəsdən xəsarət vurmaq və onu məhv etmək, özbaşınalıq üzrə 2 fakt və bilərəkdən yalan məlumat verilməsində təqsirkar bilinib.
Onlar cinayətləri həmyerlilərinə qarşı törədib.
Cinayət işi üzrə dinləmələr iki ay davam edib, şahid qismində təqribən 50 nəfər, 10 zərərçəkən ifadə verib, 23 cilddə təqdim olunmuş sübutlar araşdırılıb.
Müttəhimlər iddianamədə göstərilən təqsirləri boynuna almayıblar. Amma məhkəmə 11 cinayətin törədilməsi üzrə kifayət qədər dəlil aşkar edilməsini əsas tuturaq, iki qardaşı 5 il, üçüncüsünü isə 6 illik müddətə azadlıqdan məhrum edib. Onlar cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Tags:  Penzada azərbaycanlı qardaş müxtəlif həbs cəzalarına məhkum edilib

RƏYLƏR


Top news