Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balıqçıların toruna elə bir şey düşdü ki... FOTO

Balıqçıların toruna elə bir şey düşdü ki... FOTO

Date: 3 October 2016 17:18

Çanaqqala Boğazında balıqçıların toruna 1-ci Dünya Müharibəsi dövründən qaldığı iddia edilən təyyarəyə aid pər ilişib.

"Ənəs Rəis" adlı balıqçı gəmisi Çanaqqala Boğazının Egey dənizi girişindəki Dovşan adası hissəsində dünən gecə saatlarında tor atıb. Balıqçılar səhərə yaxın yığdıqları tora ilişmiş 2 metr böyüklüyündə təyyarə pərini görüncə çaş-baş qalıblar.

Balıqçılardan Erdal Karasu pərin həm gəmiyə, həm də tora zərər verdiyini deyib: "Böyük bir balıq zənn etdik. Göyərtəyə qaldıranda onun pər olduğunu görüncə çaşıb qaldıq", - deyib.

Müharibədən qalma bir təyyarə hissəsi olduğu iddia edilən cisimin araşdırılması üçün Çanaqqala Döyüşləri Gelibolu Tarix İdarəsinə aparılıb.

Çanaqqala 18 mart universiteti (ÇOMÜ) Ədəbiyyat Fakültəsi Tarix Bölümü müəllimi Mithat Atabayise Çanaqqala Döyüşlərindən sonra, 1-ci Dünya Müharibəsi zamanı davam edən hava hücumları zamanı bəzi təyyarələrin düşdüyünü, məhz sözügedən pərin də 1917-ci ildə vurulan təyyarələrdən birinə aid ola biləcəyini bildirib. (milli.az)


Tags:  Balıqçıların toruna şey düşdü FOTO


RƏYLƏR


Top news