Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maliyyə Nazirliyində yeni şöbə yaradılıb

Maliyyə Nazirliyində yeni şöbə yaradılıb

Date: 3 October 2016 17:37

Bakı. 3 oktyabr. REPORT.AZ/ Maliyyə Nazirliyinin (MN) Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin bazasında yeni şöbə yaradılıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, söhbət Maliyyə xidmətləri üzrə siyasət şöbəsindən gedir.
Əvvəlki şöbəyə rəhbərlik edən Ziyəddin Allahverdiyev yeni şöbənin müdiri təyin edilib.
Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəllərində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və MN yanında Dövlət Sığorta Nəzarət Xidməti ləğv edilərək onun səlahiyyətləri yeni quruma verilib. 

Tags:  Maliyyə Nazirliyində yeni şöbə yaradılıb

RƏYLƏR


Top news