Ağdamda direktor “zavuç”u döyüb.
Hadisə Səfərli kənd orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin
direktor müavini Şirazi Ağayev tarix müəlliməsi Şahnaz Əliyevanın
dərsə gəlməməsindən narazılıq edib. “Zavuç” müəllimənin dərsə
gəlməmə səbəbini öyrənmək üçün onun həyat yoldaşı Fəqani Səfərovla
əlaqə saxlayıb. F. Səfərov isə ona ağır cavab verib. “Gəlməyib
yaxşı edib, sənə nə?” deyərək, Ş.Ağayevi hədələyib. Daha sonra isə
F. Səfərov direktor müavini ilə “söhbət” etmək üçün Səfərli kənd
orta məktəbinə yollanıb. Burada isə kişilərin mübahisəsi
böyüyüb.
Fəqani Səfərov Şirazi Ağayevə hücum çəkərək ona bədən xəsarətləri
yetirib. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan saytımıza verilən məlumata görə, ilkin tibbi yardımdan
sonra xəstə evə buraxılıb.
Məlumat üçün bildirək ki, Fəqani Səfərov Ağdam rayonunda yerləşən
digər məktəbin – Baharlı kənd orta məktəbinin direktorudur.
(Aznews.az0