Lənkəranskidən sonra klanı başsız qalıb, dağıdırlar...

Lənkəranskidən sonra klanı başsız qalıb, dağıdırlar...
17:52 3 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) Rusiyanın Yekaterinburq şəhərinə nəzarət edən qruplaşması dağıdılır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Lənkəranskinin klanının aparıcı fiqurlarından olan Əhliman Gənciyev bir neçə azərbaycanlı ilə birlikdə həbs olunub. O, qiymətli daşların qanunsuz dövriyyəsində şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarından URA.ru-ya bildiriblər ki, Əhliman Gənciyevin və digərlərinin saxlanılması üçün xüsusi əməliyyat sentyabrın 29-da keçirilib. Lakin onların Malışev qəsəbəsindən çıxarılmış zümrüd daşını satmaq üçün sövdələşməyə girdikləri yalnız bu gün, oktyabrın 3-də üzə çıxıb. Bildirilir ki, Gənciyev 1 milyon rubl dəyərində olan 1.255 kiloqramlıq zümrüd daşını satmağa cəhd edib.

Lakin digər versiyaya görə, Gənciyev daşı bağışlamaq üçün gətiribmiş, üçüncü versiya isə onun daşın satışının təhlükəsizliyini təmin etmək istədiyi barədədir. Çünki Lənkəranskinin adamının üzərində odlu silah, o cümlədən tapança olub. İfadələri alındıqdan sonra Gənciyevi və digərlərini başqa yerə getməmək şərti ilə azad ediblər. Qiymətli daşların qanunsuz dövriyyəsinə görə onları 7 il həbs gözləyə bilər.

Gənciyev "Rövşən Lənkəranski"nin Yekaterinburq üzrə "smotryaşi"si olub. O, Azərbaycandan Rusiya bazarlarına göyərti təchizatına nəzarət edib, habelə bazarlardan "töycü" yığaraq Lənkəranskiyə göndərib.  2016-cı ilin yazına qədər Yekaterinburq bazarlarındakı icarəçilərdən Canıyevə haqq yığmaqla məhz Gənciyev, Azər Piriyev və qohumu Bəhruz məşğul olurdular. Lakin Canıyevin ölümündən sonra bu ittifaq dağılıb, nəticədə Piriyevi tərəvəz bazarlarında məsələləri həll etməkdən kənarlaşdırıblar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/475681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR