Kubra Əliyeva səhnədən getdi

Kubra Əliyeva səhnədən getdi
17:57 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Hələ arzularım var. Oğlum Rauf dünyasını dəyişdi, onun 13 yaşlı övladı Ağəli qalıb".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Kubra Əliyeva deyib. 

Aktrisa "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, tək istəyi nəvəsini boya-başa çatdırmaqdır:

"Nəvəm yeddinci sinifdə oxuyur. Tək istəyim Ağəliyə bir gün ağlamaqdır. Rəbbim mənə o günə qədər nəfəs versin. Verməsə də, qismət. Torpaqdan gəlmişik, torpağa da gedəcəyik".

K.Əliyeva bundan sonra heç bir filmdə, serialda rol almayacağını söyləyib:

"Ancaq elə-belə verilişlərə çıxa bilərəm. Səhnəni yuxuda görürəm. Çox istəyirdim, yeni tamaşada oynayım, amma güc lazımdır. Buna dözə bilmərəm. Evdə iş görəndə belə, tez yoruluram. Kimyaterapiya gücümü alıb. Səhnədə tərəf-müqabillərim də qalmayıb, hamısı bu dünyadan köçdü. Hamısı üçün darıxıram, əvəzolunmaz sənətkarlar idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/475685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR