Bakıda şagird müəllimə hücum çəkib gözünü çıxartdı - RƏSMİ AÇIQLAMA

Bakıda şagird müəllimə hücum çəkib gözünü çıxartdı - RƏSMİ AÇIQLAMA
17:58 3 Oktyabr 2016
220 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsininin mətbuat xidmətindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, qeyd olunan hadisə məktəbdən kənarda baş verib.

“Dərsarası fasilə zamanı Suraxanı rayonu 280 saylı məktəbin İbtidai sinif müəllimi Sevinc Fətullayeva özünə şirniyyat almaq üçün məktəbdən çıxıb. Bu zaman ruhi xəstə olan qəsəbə sakini ona hücum edərək xəsarət yetirib.

Qeyd edək ki, müəllimə tibbi yardım almaq üçün xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilib.

***

Paytaxtın Suraxanı rayonunda şagird müəllimələrə hücum edib və ona xəsarət yetirib.

Publika.az xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.

Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimələrə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR