Səudiyyə Ərəbistanında dövlət rəsmiləri əmək haqqını Qriqori təqviminə əsasən alacaqlar

Səudiyyə Ərəbistanında dövlət rəsmiləri əmək haqqını Qriqori təqviminə əsasən alacaqlar
18:02 3 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti oktyabr ayından dövlət qulluqçularının əmək haqqını müsəlman ay təqviminə görə yox, Qriqori təqviminə əsasən verəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu addım iş günlərinin sayının artırılması və xərclərin azaldılması məqsədilə atılıb.
Bu qərar nəticəsində dövlət işçiləri ildə təqribən 11 günün ödənişindən məhrum olacaq. Belə ki, müsəlman ay təqvimində il 354, bütün dünyada istifadə olunan Qriqori təqvimində isə 365 gündür.
Əmək haqqının Qriqori təqvimi üzrə verilməsi Krallıqda dövlət və özəl sektorda çalışan işçiləri bərabərləşdirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/seudiyye-erebistaninda-dovlet-resmileri-emek-haqqini-qriqori-teqvimine-esasen-alacaqlar1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR