Azərbaycan sahibkarları İranda keçiriləcək beynəlxalq sənaye sərgisinə dəvət olunurlar

Azərbaycan sahibkarları İranda keçiriləcək beynəlxalq sənaye sərgisinə dəvət olunurlar
18:02 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın paytaxtı Tehranda oktyabrın 5-dən 8-dək XVI Beynəlxalq Sənaye sərgisi keçiriləcək. 
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, sənayenin müxtəlif sahələri üzrə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin rəhbərləri və nümayəndələri sərgiyə dəvət olunurlar. 
Sərgi haqqında ətraflı məlumat almaq üçün “Azpromo”ya müraciət etmək olar. 


Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/azerbaycan-sahibkarlari-i-randa-kecirilecek-beynelxalq-senaye-sergisine-devet-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR