SOCAR sentyabrda 78 min tondan çox dizel yanacağı ixrac edib

SOCAR sentyabrda 78 min tondan çox dizel yanacağı ixrac edib
18:07 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 78 min 247 ton dizel yanacağı, 21 min 876 ton təyyarə yanacağı, 4 min 86 ton yüksək təzyiqli polietilen, 96 ton mütləqləşdirilmiş izopropil spirti, 1 min 147 ton propilen və 844 ton butilen butadien fraksiyası ixrac edib. 
Bu barədə “Report”a SOCAR-dan bildirilib. 
Məlumata görə, ümumilikdə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 508 min 996 ton dizel yanacağı, 165 min 347 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 61 min 102 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 45 min 195 ton maye piroliz qətranı, 30 min 610 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilib.
Ötən ay dünya bazarında hər ton üçün etilləşdirilmiş benzinin qiyməti - 478,97 ABŞ dolları, təyyarə yanacağının qiyməti - 430,67 dollar, dizel yanacağının qiyməti - 409,84 dollar, 1% kükürdlü mazutun qiyməti - 255,20 dollar, yüksək təzyiqli polietilenin qiyməti - 1168,50 dollar, butilen butadien fraksiyasının qiyməti - 459,29 dollar, maye piroliz qətranının qiyməti - 478,97 dollar, propilenin qiyməti - 697 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 897,50 avro təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-sentyabrda-78-min-tondan-cox-dizel-yanacagi-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR