Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

3 ölkəni birləşdirən məxfi cəmiyyətin SİRRİ: Gizli intim münasibətləri, “üçüncü cins”... - FOTOLAR

3 ölkəni birləşdirən məxfi cəmiyyətin SİRRİ: Gizli intim münasibətləri, “üçüncü cins”... - FOTOLAR

Date: 3 October 2016 18:08

Hicralar barəsində çox eşitmişik, lakin bununla belə onların sirli məqamları kifayət qədərdir. Hicralar üç ölkəni - Pakistan, Hindistan və Banqladeşi birləşdirən, yəni bu məmləkətlərdə yaşayan gizli cəmiyyətlərdəndir. Lakin bu şəxslər həmin ölkələrin cəmiyyətləri tərəfindən qəbul olunmur.

Publika.az onlarla bağlı maraqlı məlumatları sizə təqdim edir.

Hicralar (hijran) özlərini qadın ruhlu kişilər olaraq görür. Onlar qadın kimi geyinir, davranırlar. Lakin birliyin üzvü olmaq üçün hər hansı bir cinsiyyət dəyişdirmə əməliyyatı şərt deyil. Yaşadıqları ölkələrdə özlərini qadın və kişi deyə yox “üçüncü cins” olaraq adlandırırlar.

Hazırda Hicralar performans sənətçisi, dilənçi ya da seks işçisi olaraq bilinir. Bununla bərabər hicralar haqda bilinməyən bir gerçəkli də var. Bu birlik hələ də bir çox sirrin qoruyucusudur.

Onların danışdıqları və əsrlik yaşı olan “Hicran fars” dili də bu sirlərdən biridir. Özlərinə məxsus qurduqları cəmiyyət “Hicran fars” adı verilən dilin doğuşuna səbəb olub.

Birliyin dilini araşdıran İslamabad Beynəlxalq İslam Universitetindən doktor Muhammad Şiraz “Hicran fars” dilinin on minə yaxın söz ehtiyatına sahib olduğunu söyləyir. Sözlərin əksəriyyəti məna baxımından ticarət, pul, hicran mərasimləri, qarğışlar, intim mövzular üzərində sıxlaşmış vəziyyətdədir. Hicran tam bir fars dili olaraq qəbul olunmasa da, Hicralar istifadə etdikləri dilin ölmədiyini israrla ifadə edirlər. Onlar bu dili özlərini digər insanlardan ayıran ən əhəmiyyətli nöqtələrdən biri olaraq görür. Buna görə də onu gizli tutmaq mövzusunda həssas davranırlar. Çünki dillərini digər insanların anlamasını istəmirlər.

Dilrubə Vaqifzadə






Tags:  ölkəni birləşdirən məxfi cəmiyyətin SİRRİ Gizli intim münasibətləri üçüncü cins FOTOLAR


RƏYLƏR


Top news