"Bankların bağlanması prosesinin davam edəcəyi istisna edilmir"

"Bankların bağlanması prosesinin davam edəcəyi istisna edilmir"
18:12 3 Oktyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Ohanyan Rusiyaya köçür - Şoyqu ona vəzifə verəcək (21 Aprel 2017 15:37)
"Bankların birləşməsi davam edəcək" - RƏSMİ (19 Aprel 2017 17:39)
ABŞ Suriyaya yeni zərbələrin endirilməsini istisna etmir (10 Aprel 2017 23:04)

Son dönəmdə Azərbaycanda 11 bankın fəaliyyəti dayandırıldı.

Neft bumu dövründə belə iqtisadçılar ölkədə fəaliyyət göstərən bankların sayının çox olmasını bildirirdilər. Ölkədə baş verən 2 devalvasiyadan sonra isə fəaliyyətində problemlər olan banklar bağlanmağa başladı. İki ay öncə ölkədə 4 bank - "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib. Son olaraq isə "Bank Standard" QSC-nin lisenziyası ləğv edilib.

Ölkədə daha bir neçə bankın lisenziyasının ləğv ediləcəyi proqnozlaşdırılıb. Mərkəzi Bank və Banklara Nəzarət Palatası banklara birləşməyi tövsiyə edir. Banklar isə bunda maraqlı deyil.

Milli.Az bildirir kİ, iqtisadçı ekspert Vüqar Bayramov bankların bağlanması və ölkə iqtisadiyyatında bankların rolu barədə ölkə.az-a danışıb:

"Hazırda bank sektoruna inam azalıb. Banklara inamın gücləndirilməsi vacibdir. Banklara nəzarət edən qurumlara nəzarəti gücləndirmək lazımdır. 6 bank bağlanan zaman sizin sayta açıqlamamda bildirmişdim ki, bu bağlanan sonuncu banklar deyil. Bankların bağlanması prosesi davam edəcək. Banların sayı kifayət qədər çox idi. O zaman Mərkəzi Bank bildirdi ki, bank sektorunda problem yoxdur. Bundan qısa bir müddət sonra daha 4 bank bağlandı. 4 bank bağlanan zaman Banklara Nəzarət Palatası bildirdi ki, "artıq bank sektorunda problem yoxdur, heç bir bankın bağlanması gündəmdə deyil". O zaman da bildirdim ki, bu mümkün deyil, bu praktiki olaraq da mümkün deyildi. Bu açıqlamadan təxminən 2 ay sonra yeni bir bank bağlandı.

Dövlət qurumları açıqlamalar verərkən çalışmalıdırlar ki, onların açıqlamaları banklara inamın formalaşması istiqamətində olsun. Cəmiyyətə doğru məlumatların verilməsi vacibdir. Çünki bank sektoru həssasdır. Vətəndaş qazandığı pulu bankda saxlayır. Vətəndaş narahat olur, görəsən, onun pul saxladığı bank müflis olacaq, ya olmayacaq. Bank sektorunun bu gün ən böyük problemi inamın azalmasıdır. Banklara inam azalıb. Evində pul saxlamaqdan ehtiyatlanan vətəndaş o pulu bankda saxlamağa üstünlük verir, bununla həm də çalşır ki, gəlir əldə etsin. Vətəndaşın pulu bankdadır, ancaq özü narahatdır. Vətəndaş banka pul qoyandan sonra düşünür ki, bank müflis olsa, nə olacaq, pulunu necə geri ala biləcək?

Banklara inamın azalmasının əsas səbəbləri rekritivliyin aşağı düşməsi, ödəmə qabiliyyətinin zəifləməsi, bəzi bankların öhdəliklərini yerinə yetirməməsidir. Bunlar bütün banklara aid deyil. Bu gün Azərbaycanda normal fəaliyyət göstərən banklar var. Bunu etiraf etmək lazımdır. Bəzi bankların öz öhdəliyini yerinə yetirməməsi bütövlükdə bank sektoruna olan inamın azalmasına gətirib çıxardır. Bankların sayının azalması prosesi davam edəcək. Əslində neft bumu dövründə də bildirirdik ki, Azərbaycan üçün 43 bankın olması çoxdur. Bizim də qiymətləndirmələr ondan ibarədir ki, Azərbaycanda mövcud iqtisadiyyatın miqyasını, dövriyyəni nəzərə alsaq, Azərbaycan üçün 20 bank kifayətdir. 20 bankla dövriyyənin tənzimlənməsi mümkündür".

İqtisadçı ekspert bankların birləşməsi ilə bağlı onu bildirdi ki, banklar birləşməyə getmir:

"Bankların birləşməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Banklara verilən sözlər yerinə yetirilmədi. Banklara birləş deməklə birləşməyəcək, çünki bankların problemləri çoxdur. Bu gün fəaliyyətində problem olan bankların çoxluğunu nəzərə alaraq, bankları stimullaşdırmaq lazımdır. Elə etmək lazımdır ki, banklar birləşməyə maraqlı olsunlar. Mərkəzi Bank və Banklara Nəzarət Palatası bankları birləşməyə təşviq etməlidir. Belə bir təşviqetmə olmadığına görə, bankların idarə etməsində problemlər olduğuna görə bu gün biz bankların bağlanmasını müşahidə edirik.

Birmənalı şəkildə bankların dəstəyə ehtiyacı var. Problemli banklar var, onların problemləri davam edir. Bankların iflas faktoru kifayət qədər böyükdür, bu da dövlət üçün əlavə yükdür. Bankların sağlamlaşdırılmasına ehtiyac var. Onların birləşdirilməsi və aktivlərinin sağlamlaşdırılması vacibdir.

Son aylar ərzində 11 bankın müflis olması onu göstərir ki, bank sektorunda vəziyyət yaxşı deyil. 43 bankdan 11 bank bağlandı. Bankların bağlanmasının davam edəcəyi istisna edilmir. Mövcud problemlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. İstər Mərəzi Bank, istərsə də Banklara Nəzarət Palatası qısa müddətdə bankların sağlamlaşdırılmasını həyata keçirməlidir. Bank iqtisadiyyatda lokomotiv rolunu oynayır. İqtisadi islahatlar bankların sağlamlaşdırılmasından keçməlidir və keçəcək də. Bütün hallarda mövcud problemin aradan qaldırılması istiqamətində Mərkəzi Bank və Banklara Nəzarət Palatası lazımi addımlar atmalıdır".

Qeyd edək ki, yayılan xəbərlərə görə, Mərkəzi Bank "Unibank"la - "Texnikabank"ın, "Bank of Baku" ilə - "AFB" Bankın birləşməsini onların rəhbər şəxslərinə tövsiyə edib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanın iqtisadi nümayəndə heyəti Tümen vilayətinə səfər edəcək

23 May 2017 09:42

Bu gün dollar neçəyədir?

23 May 2017 09:41

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 May 2017 09:38

Manatın MƏZƏNNƏSİ

23 May 2017 09:37

Azərbaycan nefti 55 dollara yaxınlaşır

23 May 2017 09:37

"Milan"ın ilk transferi

23 May 2017 09:37

Azərbaycan Meksikada keçirilən festivalda təmsil olunub (FOTO)

23 May 2017 09:36

Cəbhədən xəbər var

23 May 2017 09:35

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (23.05.2017)

23 May 2017 09:32

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 115 dəfə pozub

23 May 2017 09:32

Qrizman etiraf etdi: 10 üzərindən 6 ehtimal...

23 May 2017 09:32

Azərbaycan, Gürcüstan, Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

23 May 2017 09:29

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 115 dəfə atəşə tutulub

23 May 2017 09:29

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 May 2017 09:29

Cəbhədə vəziyyət yenidən GƏRGİNLƏŞDİ

23 May 2017 09:28

Atəşkəs 115 dəfə pozulub

23 May 2017 09:24

Tanınmış aktrisaya ağır itki

23 May 2017 09:23

Əflatun Amaşov yazır: “Vüqar Rəhimzadə olmaq”

23 May 2017 09:22

"Yuventus" çempion oldu

23 May 2017 09:22

Qızıl bahalaşdı

23 May 2017 09:19

Bu günün TƏQVİMİ

23 May 2017 09:18

"Qalatasaray"ın "Mançester Siti"ni parçalamaq planı

23 May 2017 09:17

Kriştiano Ronaldonun sevgililəri - FOTOLAR

23 May 2017 09:17

Super Liqada şok: tarix yazan baş məşqçi istefa verir

23 May 2017 09:17

"Qəbələ"dən iki heç-heçə, "Milan" "Real"a qalib gəlib çempion oldu

23 May 2017 09:17

SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

23 May 2017 09:12

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

23 May 2017 09:12

“Yuventus” Xuan üçün 20 milyon ödədi

23 May 2017 09:12

AzTA: Oyunlar dövründə qonaqların yerləşdirilməsi ilə bağlı problem olmayıb

23 May 2017 09:08

"Brent" nefti ucuzlaşdı

23 May 2017 09:08

Venesuelada etiraz aksiyaları: 2 ölü

23 May 2017 09:05

Marsda kassa aparatı tapılıb? - İDDİA

23 May 2017 09:05

Atatürkün öz hesabına İrandan aldığı torpaqların səbəbi - FAKTLAR

23 May 2017 09:03

Avropada konsert zamanı TERROR

23 May 2017 09:03

Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib

23 May 2017 09:02

Azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun qəhrəmanlıq salnaməsi... (FOTO)

23 May 2017 09:01

Quterreş Ruhanini təbrik edib

23 May 2017 08:57

Ramazan bayramı namazı necə qılınır?

23 May 2017 08:57

Ariana Qrande konsertində baş verən partlayışa münasibət bildirib

23 May 2017 08:57

Planşet bazarı 13,7 faiz azalacaq

23 May 2017 08:52

Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?

23 May 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 May 2017 08:47

Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçiriləcək

23 May 2017 08:43

ABŞ Yəməndə "əl-Qaidə"yə qarşı reyd keçirib: 7 silahlı məhv edilib

23 May 2017 08:43

“Google” 2016-cı ilin ən yaxşı əlavələrini açıqladı

23 May 2017 08:42

Ayrılmaq istəməyən cütlüklər üçün ən ideal evlənmək vaxtı

23 May 2017 08:38

Türkiyə suriyalılara bütün ölkələrdən daha çox yardım edib

23 May 2017 08:37

Yetkinlik yaşına çatmağın əlamətləri hansılardır?

23 May 2017 08:37

Azərbaycanda nə qədər smartfon istifadə olunur? - DÜNYA REYTİNQİ

23 May 2017 08:32

Konte İngiltərənin ən yaxşısı seçildi

23 May 2017 08:28