Bakıda bankın bağlanması "Qalatasaray"ın sabiq məşqçisini çətin vəziyyətə saldı

Bakıda bankın bağlanması "Qalatasaray"ın sabiq məşqçisini çətin vəziyyətə saldı
18:17 3 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qalatasaray", "Xəzər Lənkəran" və "Neftçi"də işləmiş italiyalı fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre Azərbaycanda problemlə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, təcrübəli mütəxəssisin ölkəmizdə qazandığı pulları etibar etdiyi "Bank Standart"ın bağlanması məşqçini çətin vəziyyətə salıb. 

5 gün öncə Bakıya gələn və "Neftçi"də ötən mövsümdən qalan iki aylıq maaşını almaq istəyən Melkiorre "Bank Standart"dakı əmanətlərini də almaq fikrində imiş. Lakin lisenziyanın ləğv edilməsi onu çətin vəziyyətdə qoyub.

Yenidən İtaliyaya dönən məşqçi bankdan xəbər gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/475689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR