Köməyə gəlmişdi, yolun ortasında can verdi VİDEO/FOTO

Köməyə gəlmişdi, yolun ortasında can verdi VİDEO/FOTO
18:18 3 Oktyabr 2016
296 Digər
Ölkə mətbuatı
A- A+

Siyəzəndə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya federasiyası sərhədi avtomobil yolunun 118-ci kilometrliyində, rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəzada 99 AC 039 dövlət nömrə nişanlı "Azsamand" markalı maşınla 10 UT 453 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı avtomobil toqquşub.

Toqquşmadan sonra "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Avtomobilin sürücüsü 33 yaşlı Davud Rəsulov yerindəcə dünyasını dəyişib. Qəzadan sonra hadisə yerində daha bir faciəvi hal yaşanıb. Belə ki, qəzada xəsarət alanlara kömək etmək istəyən Güldəstə İsmayılova yoldan keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Qəza zamanı “Azsamand”da olan sərnişinlər Səkinə Hüseynova, Robert Adgözəlov, Elman Adgözəlov və “VAZ 2106”-nın sürücüsü Mübariz Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır. (ARB)

Kömək etmək istədi, yolun ortasında can verdi (VİDEO - FOTO)

Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR