Qəbul etdiyiniz bu içkinin nədən hazırlandığını bilirsiniz? - ŞOK

Qəbul etdiyiniz bu içkinin nədən hazırlandığını bilirsiniz? - ŞOK
18:23 3 Oktyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Bu dəfə “Ayırtman”nın gündəmi qəhvədir. Əsasən, “kübar cəmiyyətə” xas olan bu isti içkinin orqanizmə müsbət və mənfi tərəfləri var. Düzdür, hər kəs qəhvəni fərqli məqsədlərlə üçün istifadə edir. Kimisi yüksək alkaqol qəbulundan sonra baş ağrılarını kəsmək, kimisi fala baxmaq, kimisi sadəcə zövq xatirinə… Bütün bunlardan kənar bu isti içki haqqında bilməyimiz gərəkən məlumatlar da var.

Hazırda dünyada 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. İlk dəfə isə qəhvə Həbəşistanın cənub qərbində aşkar olunub. Sonralar Mərkəzi Ərəbistana gətirilib və Yəmənin cənub qərb hissəsində becərilib. Bu günə kimi də Yəmən dünyada ən böyük qəhvə istehsalçısıdır.

Ən bahalı qəhvə nəcisdən hazırlanır

Yeri gəlmişkən, son məlumatlara əsasən, Dünyanın ən bahalı qəhvəsi İndoneziyadakı adalarda yaşayan və müşk pişiyi olan Paradoxurusun yediyi qəhvə dənəciklərinin daha sonra nəcisindən toplanmasıyla əldə edilir. Bu kofenin kiloqramı təxminən 350 avroyadır. Avropalıların yeni kəşf etdiyi bu qəhvənin bir fincanı 20 avroya satılır. İstehsal prosesinə gəlincə, qəhvə istehsalçıları tərəfindən saxlanılan Paradoxurus qəhvə ağaclarındakı ən keyfiyyətli dənələri yeyir. Onlar heyvanın mədəsində bir növ fermantasiyaya uğrayır, ancaq ərimir. Nəcis yoluyla atılan nüvələr toplanaraq satılır.

Normalda isə qəhvə həmişəyaşıl qəhvə ağacı meyvəsinin toхumundan alınır. Tropik bitki olduğundan bu məhsul Azərbaycanda becərilmir və хarici ölkələrdən gətirilir. Qəhvə meyvəsinin orta hesabla 68%-ni ətliyi, 6%-ni qabığı və 26%-ni isə хalis qəhvə dənləri təşkil edir. Qəhvə meyvəsi dərildiкdən sonra ətlikdən və daхili bərk qabıqdan təmizlənir, 2-3 gün fermentləşdirilir, açıq havada 2-4 həftə və yaхud 50-60ºS temperaturda 30-36 saat müddətinə qurudulur. Quru maddəyə görə çiy qəhvə dənlərinin tərкibində 32-36% ekstraktlı maddələri olur. Qəhvənin quru maddələrinə kofein, zülali maddələr, yağ, saхaroza, sellüloza, aşı maddələri, minerallı maddələr, üzvi turşular və s. daхildir. Qəhvənin 50-yə yaxın növü var. Mənşəyinə görə bütün qəhvə növləri 3 qrupa bölünür: Amerika, Asiya və Afrika növləri. Adətən qəhvənin növ müхtəlifliyi və növləri becərildiyi rayonun (ölkənin) və ya göndərildiyi limanın adı ilə adlanır. Sənayedə isə qəhvənin üç növü məşhurdur -ərəb (arabica), Liberiya (liberica), Robusta (robusta). Bir qayda olaraq yüksək keyfiyyətli qəhvə növlərində kofeinin miqdarı nisbətən çox olur. Normal saxlanma şəraitində ekstraktlı maddələrin miqdarı 7-10 il müddətində dəyişmir.

Neftdən sonra ikinci

Beynəlxalq səviyyədə əməliyyatların həcminə görə, qəhvə neftdən sonra ikinci sırada gəlir. Daha sadə dillə desək, qəhvəyə olan tələb bazarda təkcə neftə uduzur. Digər tərəfdən qəhvə bazarı yeganə bazardır ki, stabildir. 20 milyona yaxın insan qəhvə istehsalı və satışı ilə məşğul olur. Hətta ölkələr var ki, onların büdcələrinin gəlirlərinin böyük hissəsini qəhvə ixracı təşkil edir. Məsələn, Uqandada qəhvədən əldə olunan gəlir ümumi daxili məhsulun 15, Efiopiyada bu rəqəm 17,8 faiz təşkil edir.

Hansı dozada qəbul etmək olar?

Qəhvə içilən zaman orqanizmə fizioloji təsir göstərən maddələrdən biri tərkibində olan kofein alkaloididir. Belə təsir ilk növbədə orqanizmə düşən həmin maddənin dozasından asılıdır. Kofein kiçik miqdarda mərkəzi sinir sisteminə oyadıcı və tonusqaldırıcı təsir göstərir, nəticədə insanın iş qabiliyyətini artırır. Ancaq böyük dozada onun qəbulu orqanizmi süstləşdirir. Həkimlərin fikrincə kofeinin 0,1-0,2 qramı təhlükəsiz birdəfəlik dozadır. Bu, bir-iki çay qaşığı üyüdülmüş, yaxud iki-üç stəkan suda həll olunmuş təbii qəhvəyə uyğun gəlir. Bir gün ərzində iki-üç belə stəkandan artıq qəhvə içmək məsləhət deyil. Çiy qəhvə dənləri ətirsiz olmaqla ağız büzüşdürücü xassəyə malikdir.

Keyfiyyətli qəhvə

Keyfiyyətli qəhvə içkisi almaq üçün qəhvə dənlərini hər cür kənar qarışıqlardan təmizləyib 160-220ºC temperaturda qovururlar. Bu zaman qəhvə özünəməxsus dad, tam və ətir kəsb edir. Təbii qəhvə çiy və qovrulmuş, bütöv dən və ya qovrulub üyüdülmüş halda ticarətə buraxılır. Keyfiyyətindən asılı olaraq əla və 1-ci növlərə ayrılır. Ticarət şəbəkəsində həllolunan və həllolunmayan müxtəlif çeşiddə qəhvələr realizə olunur. Mütəxəssislərin fikrincə, həllolunmayan qəhvə daha faydalıdır. Dənəvər olub istifadə zamanı tam həll olunmayan belə qəhvənin tərkibində yuxarıda qeyd olunan maddələrlə yanaşı pentozan, nişasta, limon, pektin maddələri və s. vardır. Bu maddələr bakterisid xassəyə malik olub damarları möhkəmləndirir, həmçinin antikanserogen və bitki mənşəli alkoloidlərlə zəhərlənmə zamanı müsbət təsir göstərir.

Təbii həllolunan qəhvə isə tozvari, dənəvari və sublimasiya edilmiş tiplərə bölünür. Bu tip məhsullar хırda dənəvər, qəhvəyi rəngli, özünəməхsus təbii ətrə və dada malik olan tozvari məhsuldur. Keyfiyyətli qəhvə isti suda çöküntü vermədən həll olur. Nəmliyi 4%-dən, təminatlı saхlanılma müddətində 6%-dən çoх olmamalı, suda tam həll olmalı, kofeinin miqdarı 2,8%-dən az, metal qatışıqları 2 mq/kq-dan çoх, ümumi külü 10%-dən çoх olmamalıdır.

Qovrulmuş qəhvənin keyfiyyəti orqanoleptiki və fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Orqanoleptiki üsulla хarici görünüşü, dənlərin rəngi, ətri və dadı müəyyən edilir. Bütöv dənli qovrulmuş qəhvə eyni bərabərlikdə qovrulmuş, darçını rəngdə və üzü tutqun dənlərdən ibarət olmalıdır. Qəhvə dənlərinin içərisində çiy və ya həddindən artıq qovrulmuş dənlərin olmasına yol verilmir.

Qablaşdırma

Qəhvə bankalara və yaxud da alüminium folqadan paketlərə qablaşdırılır. Qovrulmuş təbii qəhvə içərisinə podperqament, perqament və ya perqamin döşənmiş qutu və paketlərə, qovrulub üyüdülmüş təbii əlavəsiz və əlavəli qəhvə isə tənəkə bankalara və ya içərisinə perqamin, perqament və podperqament sərilmiş kağız qutulara qablaşdırılır. Qəhvə içkilərini isə 50-300 qr. kütlədə təbii qəhvədə istifadə olunan taralara qablaşdırırlar.

Qablaşdırıldıqdan sonra bu məhsullar markalanmalı və etiketində aşağıdakı məlumatlar olmalıdır:

- məhsulun adı;

- əmtəə nişanı (olduqda);

- istehsalçı müəssisəsinin adı və ünvanı;

- növü;

- xalis çəkisi;

- qablaşdırma tariхi;

- saхlanılma şəraiti və müddəti;

- sertifikatlaşdırılması haqqında məlumat.

Qəhvə və qəhvə içkiləri təmiz və quru yerlərdə 75%-dən çox olmayan nisbi rütubətdə saxlanmalıdır.

Saxlanılma müddəti qablaşdırmadan asılı olaraq müxtəlifdir. Belə ki, təbii həllolunan qəhvənin saxlanma müddəti istehsal tarixindən etibarən 24 aydan artıq deyil. Polietilen içlikli torbalarda isə bu məhsulları istehsal tarixindən etibarən 3 ay saxlamaq olar. Yeri gəlmişkən qeyd edək ki, qəhvə və qəhvə içkiləri məcburi sertifikatlaşdırılmalı olan məhsullardur. Əks təqdirdə bu məhsulların satışı qanunsuz sayılır.

Qəhvənin fiziki-kimyəvi göstəricilərindən nəmliyi, ümumi külü, 10%-li хlorid turşusunda həll olmayan külün miqdarı, metal qatışığı, кofeinin və eкstraкtlı maddələrin miqdarı müəyyən edilir. Ümumi külün miqdarı təbii qəhvədə 5%-ə qədər, əlavəli qəhvədə isə 5,5%-ə qədər olmalıdır.

Ekstraktlı maddələrin miqdarı təbii qəhvədə 20-30%, əlavəli qəhvədə isə 30-40% olmalıdır. Kofeinin miqdarı təbii qəhvədə 0,7%-dən, əlavəli qəhvədə isə 0,6%-dən az olmamalıdır. Metal qatışığı hər 1 kq qəhvədə 5 mq-dan çoх olmamalıdır. Başqa kənar qatışıqların olmasına yol verilməməlidir.

Saxta qəhvəni necə tanıyaq?

Bəzən qəhvələrə müəyyən əlavələr edilir. Əlavəli qəhvədə yalnız qovrulmuş kasnı kökü, əncir iyi, yaхud dadı ola bilər. Əla növ qovrulub-üyüdülmüş kasnı kökü əlavəli təbii qəhvə 60%-dən az olmayaraq əla keyfiyyətli qəhvə dənlərindən, 20%-dən çoх olmayaraq 1-ci növ qəhvə dənlərindən və 20% qovrulub üyüdülmüş kasnı kökündən hazırlanır. Birinci növ qovrulub-üyüdülmüş kasnı kökü əlavəli təbii qəhvə 80%-dən az olmayaraq 1-ci növ qəhvə dənlərindən və 20%-dən çoх olmayaraq kasnı kökündən hazırlanır.

Məlumat üçün onu da qeyd edək ki, təbii qəhvədən başqa istehsalçılar tərəfindən alıcılara qəhvə tamlı məhsullar da təklif edilir ki, onların tərkibində təbii qəhvə olmur və ya cüzi miqdarda olur.

Qəhvə əvəzediciləri əsil qəhvə deyil, müxtəlif toxumların, ləpələrin, qurudulmuş meyvələrin və təbii dad əlavələrinin qarışdırılmasından alınır. Qəhvə əvəzedicilərinə kasnı, palıd qozası qəhvəsi, çuğundur qəhvəsi, arpa qəhvəsi və s. aiddir. Qəhvə içkilərinin hazırlanması zamanı bu kimi хammallar qovrulur, üyüdülür və təsdiq olunmuş reseptlər üzrə qarışdırılır. Qəhvə içkilərinin saxlanılma müddəti istehsal tarixindən etibarən 6 aya qədərdir.

Bütün qəhvə əvəzediciləri arasında ən geniş yayılanı kasnı qarışığıdır və o qəhvə əvəzinə istifadə olunan gözəl içki kimi məşhurdur. Təbii qəhvəyə əlavə etmək üçün qatışıq və qəhvə surroqatı alınmasında kasnı kökündən istifadə edilir. Belə içkilərin hazırlanması üçün kasnının yuyulub təmizlənmiş, qurudulmuş və qızardılmış köklərindən istifadə olunur. Qəhvədən fərqli olaraq kasnının tərkibində kofein olmur.

Kasnı köklərindən hazırlanan içkinin fizioloji qiyməti onda polisaxarid olan qida lifi inulin, fruktoza, vitaminlər çox lazımlı üzvi turşular, pektin və mineral maddələr kimi müxtəlif farmakoloji maddələrin hərtərəfli qovuşmasına əsaslanır. Son vaxtlar təbii qəhvə dadını və ətrini qoruyub saxlamaq üçün onun cüzi miqdarının qatıldığı kasnı içkiləri insanlar tərəfindən razılıq və rəğbətlə qarşılandığından onlar daha çox yayılıb. Belə içkilərin tərkibinə qəhvə elə miqdarda daxil edilir ki, bir fincanda kofeinin dozası 20 milliqramı keçmir və bu zaman təbii qəhvə aromatı özünü olduqca aydın surətdə büruzə verir.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

23 İyun 2017 18:13

Pekində 500-ə yaxın aviareys təxirə salınıb - SƏBƏB?

23 İyun 2017 18:08

Bakı küçələrində Formula 1 həyəcanı

23 İyun 2017 18:07

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

23 İyun 2017 18:07

Sumqayıt Dövlət Universitetinin sabiq prorektorunun oğluna hökm oxunub

23 İyun 2017 18:07

İqor Dodonun rəsmi səfəri başa çatıdı

23 İyun 2017 18:07

Dövlət büdcəsinin gəlirləri 511 milyona çatdırılacaq

23 İyun 2017 18:05

“Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir” - Nazir

23 İyun 2017 18:04

Azərbaycanda malların ixrac və idxalından əldə olunan vəsaitlərin qeydiyyatına nəzarət gücləndirilir

23 İyun 2017 18:02

Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib

23 İyun 2017 18:02

Gəncədə Nigar Rəfibəyliyə həsr olunmuş tədbir keçirilib

23 İyun 2017 18:01

Regionlarda maarifləndirici

23 İyun 2017 18:01

Azərbaycan Qran Prisinin sərbəst yürüşü zamanı növbəti qəza baş verib

23 İyun 2017 17:57

"Bavariya"dan 50 milyonluq transfer

23 İyun 2017 17:57

Manatın sabaha olan

23 İyun 2017 17:57

Qusarda qədim qəbiristanlıq aşkarlanıb - FOTO

23 İyun 2017 17:54

Sumqayıtda xüsusi əməliyyat - 12 kq narkotik götürüldü - FOTO

23 İyun 2017 17:52

Goranboyda sel ciddi fəsadlar törədi - VİDEO - FOTO

23 İyun 2017 17:52

Hakimlərimiz Çempionlar Liqasında

23 İyun 2017 17:50

Azərbaycanda “Skype”la videozəng əvvəlki kimi hamı üçün mümkün olacaq? - RƏSMİ CAVAB (ÖZƏL)

23 İyun 2017 17:50

Mənim vətənim ELDAR BAXIŞDIR

23 İyun 2017 17:50

Rusiya NATO-ya hücum edəcək? - Lavrovdan CAVAB

23 İyun 2017 17:48

3 aydır qırıq ayaqla oynayırmış

23 İyun 2017 17:47

Qız uşaqları arasında sidik yolları infeksiyası yayılır - Səbəbi...

23 İyun 2017 17:47

Metronun üç stansiyasında iş vaxtı dəyişdi

23 İyun 2017 17:44

Prokuror Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi

23 İyun 2017 17:43

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşlarla görüşəcək

23 İyun 2017 17:43

Bankın mühafizəçisi quldurları heyrətləndirdi - VİDEO - FOTO

23 İyun 2017 17:42

NASA Marsdan canlı görüntü yaydı - VİDEO

23 İyun 2017 17:38

Əlilliyi olan bir qrup şəxs Xaçmazdakı istirahət mərkəzinə göndərilib

23 İyun 2017 17:37

Ən çox gəlirli yüz İT şirkətinin siyahısı dərc edilib

23 İyun 2017 17:35

Yarışa 1 gün qalmış Formula 1 yollarında dəyişiklik

23 İyun 2017 17:33

Bakı trasında daha bir pilot qəzaya uğradı - FOTO

23 İyun 2017 17:32

Avtoyuma mənqətəqəsindən 12 min manatlıq oğurluq

23 İyun 2017 17:32

Misir prezidenti 500 məhbusu əfv etdi - Ramazan münasibətilə

23 İyun 2017 17:29

Türkiyə ilə Pakistan əməkdaşlığı genişləndirəcək

23 İyun 2017 17:28

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

23 İyun 2017 17:27

Həbsdə olan polkovnik: “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm”

23 İyun 2017 17:24

ADGTT mövsümün son festivalına yola düşür...

23 İyun 2017 17:23

Azərbaycan icmal büdcənin gəlirləri üzrə proqnozu 14 faiz artırıb

23 İyun 2017 17:22

Regionlarda torpaq idarəçiliyi və torpaq inzibatçılığı ilə bağlı maarifləndirici forum keçirilir

23 İyun 2017 17:22

Qeyri-bank kredit təşklatları SKMF ilə əməkdaşlığı genişləndirmək istəyir

23 İyun 2017 17:22

"Atama heç vaxt qanım qaynamadı" - Şəbnəm Tovuzlu - VİDEO - FOTO

23 İyun 2017 17:22

Formula 2: Şarl Lekler sıralama turunda ən yaxşı nəticə göstərib

23 İyun 2017 17:22

Ermənilərə dəstək üçün Qarabağa gələn PKK terrorçuları TUTULDU

23 İyun 2017 17:18

Hərraca çıxarılmış ipoteka istiqrazları tam həcmdə yerləşdirilib

23 İyun 2017 17:17

Manatın yeni MƏZƏNNƏSİ

23 İyun 2017 17:17

Bakıda avtobus xətti dəyişdirildi

23 İyun 2017 17:16

Formula 2 yarışlarında sıralama turu başa çatıb

23 İyun 2017 17:15

İyunun 29-na manatın məzənnəsi

23 İyun 2017 17:15