Ronaldo ilə çılğın gecə keçirən Gülnarəni dəlixanaya saldılar - FOTOLAR

Ronaldo ilə çılğın gecə keçirən Gülnarəni dəlixanaya saldılar -   FOTOLAR
18:27 3 Oktyabr 2016
771 İdman
Ölkə mətbuatı
A- A+

Keçən ay vəfat edən Özbəkistann prezidenti İslam Kərimovun milyarder qızı Gülnarə Kərimova haqqında yeni iddia ortaya atılıb.


44 yaşlı Gülnarənin dəlixanada saxlanıldığı iddia edilir. Bəzi mənbələr qeyd edir ki, qadını dəlixanaya saldıran İ.Kərimovdan sonra prezidentlik kürsüsünə oturan Şevket Mirziyoyevdi.


Bir vaxtlar Özbəkistanın ən varlı qadını olan G.Kərimova atasından sonra ölkənin başçısı olmağa hazırlaşırdı. Lakin Mirziyoyev onu özünə rəqib gördüyü üçün atasının ölümündən dərhal sonra Gülnarəni dəlixanaya atdırıb. (axşam.az)


Xatırladaq ki, bir müddət əvvəl Gülnarə Kərimovanın məşhur futbolçu Kriştiano Ronaldo ilə münasibətləri açıqlanmışdı. Özbək politoloq Usman Haqnazarov Kərimov ailəsi ilə bağlı hazırladığı geniş yazıda prezidentin qızı Gülnarə Kərimovanın Kriştiano Ronaldo ilə münasibətlərinə toxunub.

 

"Bu günlərdə Gülnarə Kərimova heç nədən sosial şəbəkədə müsəlman geyimində fotolarını yaydı. Bu fotoları şərh edərkən yazdı ki, İslam qaydalarına əməl edir və hər gün səhərlər namaz qılır. Maraqlıdır, 2009-cu il, dekabrın 22-dən 23-nə keçən gecə hansı İslam adətləri Gülnarə Kərimovanı məcbur etmişdi ki, məşhur portuqaliyalı futbolçu Kriştian Ronaldo ilə Daşkənd iqamətgahında yatsın?! O, dekabrın 23-də səhər tezdən, məşhur futbolçu ilə keçirdiyi çılğın gecədən sonra da namaz qıldımı?!", - deyə müəllif yazır. 


Qeyd edək ki, Harvard Universitetinin məzunu olan Gülnarə 2014-cu ildə adı bir rüşvət qalmaqalında hallandığı üçün ev həbsində olub. Kərimova eyni zamanda yarıçılpaq fotoları ilə ölkəsində gündəm yaratmışdı. Hətta fotoları görən prezidentin qızına sillə vurduğu iddia edilmişdi.


Fanat.Az















Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-il-cln-gec-kecirn-gulnarni-dlixanaya-saldlar-t53060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR