Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rəşad da meydanda olsaydı..."

"Rəşad da meydanda olsaydı..."

Date: 3 October 2016 18:27

"Qarabağ"ın futbolçusu Maksim Medvedyev Topaz Premyer Liqanın 7-ci turunda ''Qəbələ''yə uduzduqları oyundan (0:2) sonra qol.az-ın suallarını cavablandırıb.

- Məğlubiyyətiniz haqda nə deyə bilərsən?

- Ağır oyun oldu.  Üç gün bundan öncə Avropa Liqasının qrup mərhələsində "Fiorentina" ilə oyunumuz olmuşdu. Futbolçularımızda yorğunluq hiss olunurdu. Fikrimcə, birinci hissəni "Qəbələ" oynadı, ikinci hissəni isə "Qarabağ". Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Bu, futboldur. Qarşıdakı oyunları fikirləşəcəyik.

- Komandanın son oyunlardakı uğursuzluğunun səbəbi nədir?

-  Oyun qrafikimiz çox sıxdır. Futbolçular bərpa prosesi keçməlidirlər.  Şəraitimiz var, oyunlara rahat gedə bilirik, amma yenə də yoruluruq. 

-  Keçən il də Avoliqanın qrupunda mübarizə aparırdınız, lakin ölkə çempionatında da uğurla irəliləyirdiniz.

- Yenə deyirəm, bu, futboldur. Çempionatda bir çox komandalardan üstün futbol oynayırıq, qol imkanlarımız çox olur. Sadəcə, alınmayanda alınmır. 

- Səncə, Reynaldo, Mahir Mədətov və Migel Madera meydana  start heyətdə sonradan daxil olsaydılar, fərqli nəticə alınardı?

-  Yox. Məncə, bu, oyunun nəticəsinə təsir etməyəcəkdi. Çünki "Qəbələ" matça güclü hücumlarla başlamışdı. Bu səbəbdən onların oyunu yaxşı alındı. Həmin oyunçular meydana girdikdə komandamız artıq yorulmuşdu və onların köməyi çox oldu. 

- Rəşad Sadıqovun  görüşdə iştirak etməməsi oyuna öz təsirini göstərdimi?

-  Yox. Demək olmaz ki, Rəşad Sadıqov oyunda olmadığı üçün biz uduzduq. Fikrimcə, bu gün Rəşad da meydanda olsaydı, eyni nəticə qeydə alına bilərdi. Sadəcə, fiziki cəhətdən deyil, psixoloji cəhətdən də hazırlaşmalıyıq.

Milli.Az


Tags:  Rəşad meydanda olsaydı

RƏYLƏR


Top news