Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aqrarkredit" Cahangir Hacıyevdən 7 milyon yarım pul tələb edir - YENİLƏNİB

"Aqrarkredit" Cahangir Hacıyevdən 7 milyon yarım pul tələb edir - YENİLƏNİB

Date: 3 October 2016 18:29

 

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən "Aqrarkredit" QSC-in nümayəndəsi çıxış edib. O, çıxışında təqsirləndirilən şəxslərdən ümumilikdə 7 milyon 624 min manat pulun ödənilməsini istəyib.

 

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışı edib: "Bu, cinayət deyil, mülki xarakterli işdir. Bu işə bəraətverici əsaslarla xitam verilməlidir. İşə ibtidai istintaqda, məhkəmədə qərəzli baxılıb. Cinayət iş Emil Mustafayevin ərizəsi ilə başlayıb. Hər şey onun üzərində qurulub ki, nə olur-olsun, Cahangir Hacıyevə ittiham verilməlidir. Onun barəsində heç bir zərurət olmadan həbs-qətimkan seçilib. Həbslə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib. Məhkəmə artıq şikayəti icraata qəbul edib".

 

Fəxrəddin Mehdiyev deyib ki, kreditlərin ayrıldığı daxili lahiyələrə Dünyamin Xəlilov, xaricilərə isə Xəqani Bəşirov baxıb: "İstintaqda onların dindirilməsini istədik. Dedilər, Xəqani Fransa vətəndaşıdır, gətirə bilmirik. Cahangir Hacıyevə vəzifə səxtakarlığı ittihamı verilib. O, hansı sənədi saxtalaşdırıb. Elə bir sənəd varmı? 2001-ci ildə bankın gəliri 7,4 milyon, 2002-də 6,2 milyon, 2003-də 9,7 milyon, 2004-də 14,2 milyon, 2009-da 54 milyon, 2014-də 25 milyon dollar olub. Bir qəpik də dövlət büdcəsindən pul götürülməyib. Rəhbərlik dəyişəndən sonra bank 2015-ci ildə 600 milyon dollar ziyan edib.  Hələ dövlət büdcəsindən də 3 milyard yardım edilib ki, bank sağlamlaşdırılsın”.

 

Sonda çıxında F.Mehdiyev Cahangir Hacıyev bəraət istəyib.

 

Prosesdə digər şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

 

Məhkəmə prosesi oktyabrın 5-də davam edəcək.

 

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyeva 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il və Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum edilməsini tələb etmişdi.

 

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsindəj işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz silah) maddəsi ilə ittiham verilib.

 

**

14:13

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə "Aqrarkredit" QSC-nin nümayəndəsi çıxış edərək onlara dəyən 7 milyon 624 min manatın təqsirləndirilənlərdən tutularaq ödənilməsini istəyib.

 

Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışı edib. O, çıxışında cinayət işinin qərəzli aparıldığını bildirib. Vəkili Cahangir Hacıyevə bəraət verilməsini istəyib.

 

Məhkəmə günün ikinci yarısı davam edəcək.

 

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsindəj işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü maddələri ilə ittiham olunur.


Tags:  Aqrarkredit Cahangir Hacıyevdən milyon yarım pul tələb edir YENİLƏNİB


RƏYLƏR


Top news