"Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik edildi

"Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik edildi
18:47 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 155-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 96; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 433) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.1.5-1-ci maddəsində "qurum" dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

2.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 17.2-ci maddəsinin ikinci, üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.".

2. 3.1-ci bənd ləğv edilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/475699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR