Taysondan ŞOK QƏRAR

Taysondan ŞOK QƏRAR
18:52 3 Oktyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə superağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə boksçu özü "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir. Mən dahiyəm və gedirəm. Xoşca qalın", - T.Fyuri yazıb.
Ümumiyyətlə, daha əvvəl boksçunun dopinq-testinin müsbət nəticələndiyi və onun kokain qəbul etdiyi məlum olub. Test idmançıdan sentyabrın 22-də götürülüb. T.Fyuri 28 yaşındadır və karyerasını məğlubiyyətsiz başa vurub. Onun aktivində 18-i nokautla olmaqla 25 qələbə var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR