Zinəddin Zidan: "Böhranda deyilik"

Zinəddin Zidan: "Böhranda deyilik"
19:17 3 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan "Eibar"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, fransız çalışdırıcı böhranda olmadıqlarını qeyd edib: "Böhranda deyilik, sadəcə oktyabr ayındayıq və panikaya ehtiyac yoxdur. Bəli, bəzi şeylər yalnış gedir və liqada 3 matç heç-heçə etməməli idik. İlk hissədə "Eibar"ın oyuna diqtə etməsinə imkan verdik. İkinci hissədə daha yaxşı oynadıq, amma qələbə qazanmaq artıq gec idi. Qələbə qazanmaq üçün ilk dəqiqələrdən oyuna köklənmək lazımdır. Oyunu qurarkən və epizodlar yaratmaqda çətinlik çəkdiyimizi düşünmürəm. Bu gün İsko və Kovaçiç birgə oynadılar, sadəcə daha aqressiv oynamaqları lazım idi".

Qeyd edək ki, "Real Madrid" doğma meydanda "Eibar"la 1:1-lik bərabərliyə razılaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR