Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tehranda neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək

Tehranda neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək

Azərbaycan neft ixracını azaltdı (24 Mart 2017 12:27)
Meksikada iri neft ehtiyatları aşkarlanıb (24 Mart 2017 08:42)
Meksikada iri neft ehtiyatları aşkarlandı (24 Mart 2017 08:14)

Tarix: 3 Oktyabr 2016 19:17

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, forum oktyabrın 8-9-da baş tutacaq. Bununla əlaqədar, neft-qaz və neft-kimya sahələri üzrə Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri, biznesmenlər və sahibkarlardan ibarət 5 nəfər şəxs sözügedən forumda iştirak etmək məqsədilə İrana səfərə dəvətlidirlər.
Forum haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya (Fuad Cəfərov, Tel: +99412 5980147/ 48 (daxili 141), E-poçt: fceferov@azpromo.az) müraciət edə bilərlər.
Qeyd edək ki, dəvət olunan şəxslərin iki gün yarım (iki gecə və bir gündüz) ərzində İranda dörd ulduzlu hoteldə qalması ilə bağlı xərclər tədbirin təşkilatçıları tərəfindən ödəniləcək.

Teqlər:  Tehranda neft-qaz neft-kimya üzrə beynəlxalq forum keçiriləcək



RƏYLƏR


Top xəbərlər