İlyas Əfəndiyevin məzarı üstündə monoloq oxundu - fotolar

İlyas Əfəndiyevin məzarı üstündə monoloq oxundu - fotolar
19:31 3 Oktyabr 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

3 oktyabr - görkəmli dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, bu münasibətlə ədibin Fəxri Xiyabandakı məzarı ziyarət edilib.

Anım mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycan ədəbiyyatı və teatrı öz yoluna məhz İlyas Əfəndiyevin yaratdığı məktəblə davam edir:

“Onun əsərləri bu gün də aktuallığını itirmir, pyesləri səhnədə oynanılır, əsərləri təkrar nəşr edilir, başqa dillərə çevrilir. Yeni nəsil onun kitablarını oxuyarkən Azərbaycan ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olur. Hər il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü məhz İlyas Əfəndiyevin əsəri ilə açır”.

Rejissor, xalq artisti Cənnət Səlimova Azərbaycan teatr səhnəsini İlyas Əfəndiyevin dramaturgiyasından kənar təsəvvür etmədiyini bildirib. Xalq artisti Amalya Pənahova isə ötən əsrin altmışıncı illərində “Sən həmişə mənimləsən” pyesi ilə böyük səhnəyə gəldiyini və bu tamaşanın görünməmiş uğurunu xatırladıb.

Sonda xalq artistləri Bəsti Cəfərova “Xurşidbanu Natəvan” tamaşasından baş qəhrəmanın, Ramiz Məlikov isə “Qarabağnamə”dən Cavad xanın monoloqunu söyləyib.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR