ŞOK: Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb - REAL GÖRÜNTÜLƏR VİDEO

ŞOK: Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb - REAL GÖRÜNTÜLƏR VİDEO
19:43 3 Oktyabr 2016
1215 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Qaynarinfo.Az xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zincirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.

Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.

Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR