Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qarabağ üçün “həll düsturu”, Putindən dəhşətli PLAN, 12 milyon... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üçün “həll düsturu”, Putindən dəhşətli PLAN, 12 milyon... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Date: 3 October 2016 20:03

Rusiya və ABŞ arasında gərginlik özünü ötən həftə “şifahi atışma” səviyyəsində göstərmişdi. Rusiya prezidenti Vladimir Putinin fərmanı Moskvanın real addımlar atmağa başladığını göstərdi. ABŞ-Rusiya xəttindəki gərginlik özünü Suriya cəbhəsində də göstərir. Müxalifətin əsas dayağı olan Hələb getdikcə Rusiya və Suriya aviasiyası tərəfindən daha amansız şəkildə bombardman edilir. Türkiyə isə İŞİD-in əsas dayaq nöqtələrindən olan Suriyanın Əl-Bab şəhərini azad etməyə hazırlaşır.

Putin dəhşətli nüvə müharibəsinə hazırlaşır – ŞOK PROQNOZ

Rusiya və ABŞ rasındakı gərginlik özünü KİV-in müxtəlif proqnozlarında da göstərir.

Böyük Britaniyanın “The Times” nəşrinin yazdığına görə, Suriyaya görə beynəlxalq gərginliyin artması fonunda Rusiyanın dövlət kütləvi informasiya vasitələri və bütün məmurlar ölkəni Qərblə dəhşətli nüvə müharibəsinə hazırlayır.

Nəşr nümunə olaraq Rusiya Müdafiə Nazirliyinin “Ulduz” telekanalının saytında ötən həftə dərc edilən məqaləni xatırladır. Orada iddia edilir ki, Birləşmiş Ştatlar Rusiyanı cəzalandırmaq üçün hazırlıq görür.

“The Times” proqnozunu Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlaması ilə qüvvətləndirir. Nazirlik ötən həftə elan etdi ki, hakimiyyət yeraltı sığınacaqlar tikib. Burada Moskvanın bütün əhalisi – təxminən 12 milyon insan yerləşə biləcək. Vladimir Putinin 2012-ci ildə prezident postuna qayıdışından sonra Moskvada nüvə hücumu ssenarisi üzrə ən azı iki dəfə təlim keçirilib.

Ötən həftə həmçinin Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu mümkün atom zərbələrinə bəraət qazandırmaq cəhdində ittiham etdi. Daha əvvəl isə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirdi ki, Pentaqon Rusiyanın dəhşətli hücumlarından özünü qorumaq üçün “nüvə ssenariləri kitabı”na yenidən baxır.

Rusiyada 8400 hərbi nüvə yükündən ibarət olan nüvə arsenalı var. ABŞ-ın nüvə arsenalı isə 7500 nüvə yükündən ibarətdir. “Rossiya Seqodnya” agentliyinin baş direktoru, tanınmış aparıcı Dmitri Kiselyov dəfələrlə lovğalanıb ki, Rusiya Birləşmiş Ştatları ”radioaktiv külə” çevirməyə qadir olan yeganə ölkədir. Analitiklər qeyd edir ki, bü cür şərhlər əsasən daxili auditoriya üçün nəzərdə tutulub. Eyni zamanda, “The Times” nəşri bildirir ki, Putinin yaxın ətrafına tez-tez Qərblə qarşıdurmaya cəhd edən “davakar qırğılar” daxil olur.

Putin dəhşətli nüvə müharibəsinə hazırlaşır – ŞOK PROQNOZ

Suriyaya görə beynəlxalq gərginliyin artması fonunda Rusiyanın dövlət kütləvi informasiya vasitələri və bütün məmurlar ölkəni Qərblə dəhşətli nüvə müharibəsinə hazırlayır.

Yuxarıda da deyildiyi kimi, Rusiya ABŞ-a qarşı real addımlar atmağa başlayıb. Rusiya prezidenti Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması barədə göstəriş verib.

Fərmana əsasən, qərar Vaşinqtonun düşməncəsinə hərəkətləri nəticəsində Moskvanın strateji sabitliyinə yaranan təhlükə ilə əlaqədar qəbul edilib. Sözügedən razılaşma 2000-ci ilin avqustunda imzalanıb. Razılaşma hər iki tərəfin 34 tondan artıq silah plutoniumu məhv etməsini nəzərdə tuturdu. Məqsəd plutoniumun əlavə hissəsinin silah proqramına qaytarılmasının qarşısının alınması idi və onun sənaye istehsalında istifadə edilməsinə nail olmaq idi.

Rusiya prezidenti müqavilənin təsirini bərpa edə bilər. Putinin irəli sürdüyü şərtlərə görə, bunun üçün Vaşinqton “Maqnitski qanunu”nu və Rusiya barəsində bütün sanksiyaları ləğv etməli, həmçinin Rusiyanın bu sanksiyalara görə verdiyi itkiləri kompensasiya etməlidir.

Putinin Rusiyada ən yaxın adamlarından olan Çeçenistan lideri Ramzan Kadırova qarşı isə 2016-cı ilin yazında sui-qəsd təşkil edilib.

Bu barədə informasiyanı “Novaya qazeta” özünün etibarlı mənbələrinə istinadən yayıb. Sui-qəsd Benoy kəndi yaxınlığında təşkil edilib. Sui-qəsdçilər Kadırovun bu kənddəki iqamətgahında partlayıcı qurğu yerləşdiriblər. Hüquq mühafizə orqanları isə Kadırova qarşı sui-qəsdin üstünü tam təsadüf nəticəsində açıb.

Qəzetin iddiasına görə, mayın 9-da Çeçenistanda terakt törətmiş terrorçuların telefonundan Çeçenistan liderinin administrasiyasının rəhbəri İslam Kadırovun qohumu Valid Kadırovun nömrəsi aşkar edilib. Bu da çeçen liderə qarşı sui-qəsdin əsas təşkilatçısının kim olması ilə bağlı ipucu olub.

İndiyə qədər Valid Kadırovun harada olması haqqında heç bir məlumat yoxdur. Onun qohumu isə əvvəlcə sui-qəsddə iştirakda günahkar bilinsə də, sonradan öz təqsirsizliyini sübuta yetirə bilib. İndiyə qədər sui-qəsddə günahkar hesab olunan onlarla şəxs həbs edilib və böyük miqdarda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, mayın 9-da Çeçenistanda terakt törədilib. Nəticədə bir polis ölüb, 10 nəfər isə yaralanıb.

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadi ilə sui-qəsd cəhd ilə qarşı-qarşıya qalıb. Bu barədə İraqın Naynava əyalətindəki şəxsi mənbəyə istinadən “Iraqi Media News Agency” bildirib.

Hadisə Neynava əyalətinin mərkəzi olan Mosul şəhərində baş verib. “Əbubəkr Bağdadi və İŞİD-in üç aparıcı komandirinin qidadan zəhərlənməsi ilə bağlı kəşfiyyat məlumatı daxil olub”, - agentliyin həmsöhbəti deyib.

Mənbənin sözlərinə görə, Bağdadi və digər üç komandir ağır zəhərlənmədən əziyyət çəkir. Onlar naməlum istiqamətə aparılıb. Hadisənin baş verdiyi ərazidə həbslər başlanıb. Agentliyin həmsöhbəti əlavə edib ki, Bağdadinin yerdəyişmələri yalnız onun yaxın ətrafına məlumdur. İŞİD lideri İraq və Suriyada öz yerini daim dəyişdirir.

Rusiya məhkəməsi ukraynalı “casus” jurnalisti həbs etdi

Rusiya və Ukrayna arasında növbəti casus qalmaqalı yaşanır. Rusiya məhkəməsi Ukraynanın UKRİNFORM milli informasiya agentliyinin xüsusi müxbirini iki ay müddətinə həbs edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Roman Suşenko casusluqda ittiham olunur.

Federal Təhlükəsizlik Xidməti iddia edir ki, Suşenko Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin əməkdaşıdır. Qurum jurnalisti Ukrayna Müdafiə Nazirliyinin kadr kəşfiyyatçısı adlandırıb. İdarənin məlumatına görə, o, Rusiya Silahlı qüvvələrinin fəaliyyəti haqqında məlumatları toplayırdı. Roman Suşenkoya qarşı Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə (“Casusluq”) cinayət işi qaldırılıb.

UKRİNFORM Suşenkonun tutulması ilə əlaqədar bəyanat verib. Bildiriblər ki, o, 2010-cu ildən agentliyin Fransadakı şəxsi müxbirdir. Jurnalistin həbsi agentlik tərəfindən Rusiyanın Ukrayna vətəndaşlarına qarşı “kobud və qanunsuz” əməli kimi qiymətləndirilib.

Rusiyanın "kiçik qardaşı" olan Ermənistanın ordu rəhbərliyində çoxdan gözlənilən dəyişiklik reallaşdı. Apreldəki “dördgünlük müharibə”də məğlubiyyətin əsas günahkarlarından hesab olunan müdafiə naziri Seyran Ohanyan vəzifəsindən çıxarıldı. Prezident Serj Sarkisyanın sərəncamı ilə S.Ohanyanın yerinə prezident aparatının rəhbəri Viqen Sarkisyan gətirilib.

Bundan başqa, prezidentin əmrilə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub və Ermənistan prezidenti aparatının rəhbəri vəzifəsinə təyin olunub. Yuri Xaçaturov Ermənistan silahlı qüvvələri baş qərargah rəisi vəzifəsindən azad olunaraq Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub. Ermənistan silahlı qüvvələri baş qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan təyin olunub.

Rusiyanın Ermənistana verdiyi “İsgəndər-M” raketləri isə hələ də KİV-in gündəmidir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin fikrincə, Rusiyanın Ermənistana verdiyi “İsgəndər-M” raketləri onu göstərdi ki, Kreml Qarabağda yeni müharibəni istəmir.

Mərkəz yazır ki, bu raket kompleksini Ermənistana verən Rusiya bölgədə güc balansını saxlamağı düşünür: “Rusiya bölgədə hərbiləşmədən yanadır, lakin o, müharibə istəmir. Aprel müharibəsində Azərbaycan öz gücünü göstərdi. İndi hesab olunur ki, “İsgəndər-M” raket kompleksi Azərbaycanı təmkinli olmağa vadar edəcək”.

“Stratfor” Ermənistanın “İsgəndər-M”-lərdən istifadə edə biləcəyini düşünür. “Lakin buna şəraitin yaranmasına imkan verilməyəcək. Rusiyanın məqsədi də odur ki, bölgədə balans qorunsun və yeni müharibə baş verməsin”.

Qeyd edək ki, Publika.az-ın “İsgəndər-M” raket kompleksinin Ermənistana verilməsi ilə bağlı təhlilində də Rusiyanın Azərbaycanı yeni müharibədən çəkindirmək məqsədi qeyd olunurdu.

Putinin Qarabağ SİRRİ – Amerika kəşfiyyatı detalları açıqladı

Rusiyanın Ermənistana “İsgəndər-M” raketlərini verməsi onu göstərdi ki, Kreml Qarabağda yeni müharibəni istəmir.

Papa təyyarədə Qarabağ münaqişəsinin “həll düsturu”nu tapdı – MÜSAHİBƏ

Roma Papası Fransisk Bakı səfərini yekunlaşdırandan sonra Vatikana doğru uçan təyyarəsində jurnalistlərin suallarını cavablayıb.

Papa Fransisk Azərbaycan və Ermənistanı barışdırmağın yolunu göstərib: “Burada yeganə yol səmimi, intriqasız dialoqdur. əgər bu mümkün deyilsə, beynəlxalq məhkəməyə, misal üçün, Haaqa Məhkəməsinə müraciət etmək lazımdır. Müharibə həmişə dağıntı gətirir, insanlar hər şeylərini itirirlər”.

Katolik lider həmçinin 51 dəqiqə ərzində homoseksuallardan tutmuş siyasi münaqişələrə qədər bir çox şeydən danışıb.

Papa təyyarədə Qarabağ münaqişəsinin “həll düsturu”nu tapdı – MÜSAHİBƏ

Roma Papası Fransisk Bakı səfərini yekunlaşdırandan sonra Vatikana doğru uçan təyyarəsində jurnalistlərin suallarını cavablayıb.

ABŞ saxta “Əl-Qaidə” videoları üçün yarım milyard xərcləyib

ABŞ İngiltərədə yerləşən PR şirkətinə (Public Relations - ictimaiyyətlə əlaqələr) yarım milyard dollar pul ödəyib.

“The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, “Bell Pottinger” adlı PR şirkəti bu pul qarşılığında saxta “Əl-Qaidə” videoları hazırlayıb. “Bell Pottinger”in keçmiş başçısı Lord Tim Bell iddiaları təsdiq edib və şirkətin gizli hərbi əməliyyatlar üçün çalışdığını bildirib. Onun sözlərinə görə, şirkətin fəaliyyətindən ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Milli Təhlükəsizlik Agentliyi (NSA) məlumatlı olub.

Şirkətin işçiləri ABŞ-ın Bağdaddakı bazasında çalışıb. Şirkətin əsas vəzifəsi saxta “Əl-Qaidə” videoları hazırlamaq və bu videoları izləyən iraqlıların təqibini təmin etmək idi. Şirkətlə əldə olunan razılaşma İraq işğalından sonra da qüvvədə olub.

Pentaqon bu üsulla İraqda terror təşkilatına simpatiyanın səviyyəsini müəyyən edib. Layihə çərçivəsində hazırlanan saxta təbliğat CD-ləri terror təşkilatlarının olduğu bölgələrə paylanılıb. Bu CD-ləri izləyənlərin kompüterlərinin IP-ləri video fayllarının içində olan kod vasitəsilə müəyyən edilərək Pentaqona çatdırılıb.

2006-2008-ci illərdə “Bell Pottinger”də işləyən Martın Vells şirkətin həmin dövrdə “Əl-Qaidə”ni qaranlıq bir terror təşkilatı kimi göstərmək üçün reklamlar hazırladığını və terrorizmi pisləyən yerli serialların ssenarilərini yazmaqla məşğul olduğunu bildirib.

Qiyamətin başlanacağı yerə BÖYÜK HÜCUM – vaxtı açıqlandı

Azad Suriya Ordusu İŞİD terror təşkilatının əlində olan və strateji əhəmiyyətə sahib Əl-Babın azad edilməsi üçün gün sayır.

“Star” nəşr xəbər verir ki, Azad Suriya Ordusu Türkiyə başda olmaqla, koalisiya güclərinin icazəsini gözləyir. Nəşrin xəbərinə görə, Azad Suriya Ordusu oktyabrın 12-də Əl-Bab əməliyyatına başlamağı planlaşdırır. Əgər Türkiyə və koalisiya güclərindən icazə alınsa, İŞİD-in “paytaxt”ı sayılan Rakkaya gedən yolun üzərindəki strateji məntəqə terror təşkilatından təmizlənmiş olacaq.

Son məlumatlara görə, Azad Suriya Ordusu Dabık kəndinə yaxınlaşıb. “Sultan Murad” diviziyasının komandiri Əhməd Osman bildirib ki, hər şey planlaşdırıldığı kimi gedərsə, 48 saat ərzində Dabık alınacaq.

Yerli mənbələrə görə, İŞİD Dabık bölgəsində Əl-Babda olduğundan daha güclüdür. Dabıkın alınanacağı halda, Əl-Babın rahat şəkildə ələ keçiriləcəyi deyilir. İŞİD Dabıkı “böyük döyüşün olacağı yer” kimi qiymətləndirir.

Qiyamət burada başlayacaq – Azərbaycana o qədər yaxındır ki...

Nəhayət, Estoniyada üçüncü cəhddə prezident seçilib və post-povet məkanında bir ilkə imza atıb.

Yeni prezident daha əvvəl Avropa Ali Maliyyə Məhkəməsində ölkəsinin nümayəndəsi kimi fəaliyyət göstərən xanım Kersti Kalyulaydadır. Parlamentdə keçirilən səsvermədə prezident seçilməsi üçün namizədin səslərin ən azı üçdə iki hissəsini - 101 səsdən 68-ni toplaması lazım gəlirdi. K.Kalyulaydaya isə 81 deputat səs verib. Maraqlıdır ki, o, dövlət başçısı postuna yeganə namizəd olub.

Ömər Dağlı


Tags:  Qarabağ həll düsturu Putindən dəhşətli PLAN 12 milyon GÜNÜN SİYASİ XÜLASƏSİ



RƏYLƏR


Top news