AZƏRTAC İƏT-in media qurumunun jurnalist hazırlığı üzrə regional mərkəzlərindən biri ola bilər

AZƏRTAC İƏT-in media qurumunun jurnalist hazırlığı üzrə regional mərkəzlərindən biri ola bilər
20:22 3 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) təşkil etdiyi jurnalist hazırlığı kurslarının regional mərkəzlərindən biri ola bilər. 

Bununla bağlı fikir İİNA-nın xəbərlər departamentinin rəhbəri Zayed Sultan Abdulla ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib. 
Baş direktor Aslan Aslanov qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrə böyük önəm verir və oktyabrın 3-də Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistlər Assosiasiyasının niyyət konfransının keçirilməsi ölkəmizin bu münasibətləri daha da genişləndirmək marağından irəli gəlir. Bildirilib ki, AZƏRTAC İƏT-in rəsmi media orqanı olan İİNA ilə mütəmadi informasiya mübadiləsi aparır, agentliyin ərəb və ingilis dillərində xəbərləri bu təşkilatın saytında yerləşdirilir. AZƏRTAC Azərbaycan haqqında məlumatların 50-dən çox üzv agentlik arasında yayılmasını yüksək qiymətləndirir. 
AZƏRTAC-ın ərəb dilində xəbərlər yaymasının onlar üçün böyük önəm daşıdığını deyən Zayed Sultan Abdulla agentliyin videolarının da təşkilatın platforması vasitəsilə yaymağa hazır olduqlarını qeyd edib. "Biz AZƏRTAC-ın ərəb dilində informasiya şöbəsinə lazımi dəstək göstərməyə hazırıq. Eyni zamanda, agentliyi İİNA-da fəaliyyət göstərən jurnalist hazırlığı mərkəzinin işində iştiraka dəvət edirik. AZƏRTAC bu kursların təşkil olunacağı regional mərkəzlərdən biri ola bilər", - deyə o bildirib. Zayed Sultan Abdulla yaxın vaxtlarda təşkilatın baş assambleyasının keçiriləcəyini və AZƏRTAC-ın da üzv agentlik kimi bu tədbirdə iştirakından məmnun olacaqlarını deyib. 
Görüşdə İİNA rəhbərliyinin və bu quruma üzv agentliklərin 2016-cı il noyabrın 15-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakı məsələsi və əməkdaşlığın digər perspektiv istiqamətləri müzakirə olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR