Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mehriban Əliyeva: “Fransada azərbaycanlı şairənin heykəli ucaldılacaq” - fotolar

Mehriban Əliyeva: “Fransada azərbaycanlı şairənin heykəli ucaldılacaq” - fotolar

Date: 3 October 2016 21:01

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirib.

Mehriban Əliyeva oktyabrda Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirib.






Tags:  Mehriban Əliyeva Fransada azərbaycanlı şairənin heykəli ucaldılacaq fotolar


RƏYLƏR


Top news