Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Prezident Milli Strategiyanı təsdiqlədi

Prezident Milli Strategiyanı təsdiqlədi

Date: 3 October 2016 21:03

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Sərəncamdan irəli gələn digər məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılır.


Tags:  Prezident Milli Strategiyanı təsdiqlədi


RƏYLƏR


Top news