"Bu gün şanslı idik"

"Bu gün şanslı idik"
21:32 3 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın baş məşqçisi Arsen Venger "Burnley" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubda 20-ci ilini qələbə ilə qeyd edən fransız mütəxəssis qələbəyə belə şərh verib: "Bu gün şanslı idik, bəzi texniki səhvlərə yol verdik. "Burnley" müdafiədə etibarlı çıxış etdi və standard vəziyyətlər zamanı hər an qol vuracaq kimi idilər. Bu gün çətinliklə olsa belə qələbə qazandıq. Çempion olmaq üçün evdə səhvsiz çıxış etməli və səfərdə qələbə qazanmağa davam etməliyik".

Qeyd edək ki, "Arsenal" 90+2-ci dəqiqədə Loran Kosyelninin vurduğu mübahisəli qolla səfərdə "Burnley"ə qalib gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR