Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bağdadda partlayışlar: 10 ölü, 30 yaralı

Bağdadda partlayışlar: 10 ölü, 30 yaralı

Date: 3 October 2016 21:47

İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə,  şəhərin cənub-qərb hissəsində, bazarda terrorçu-kamikadze tərəfindən törədilən partlayışda 6 nəfər ölüb, 16 nəfər yaralanıb.
 
Digər terror aktı taksi dayanacağında qeydə alınıb. Burada baş verən partlayış 4 nəfərin həyatına son qoyub, 18 nəfər yaralanıb.
 
Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az


Tags:  Bağdadda partlayışlar 10 ölü 30 yaralı

RƏYLƏR


Top news