Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki avtomobil toqquşub, yaralılar var

İki avtomobil toqquşub, yaralılar var

Date: 3 October 2016 23:05

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva və 1996-cı il təvəllüdlü Xaliq Həsənov müxtəlif bədən xəsarətləri alıblar.
 
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Tags:  İki avtomobil toqquşub yaralılar var

RƏYLƏR


Top news